"İcranın işçisi məndən on min manat rüşvət istədi" -  İDDİA // VİDEO

Yerli mətbuatda vəzifəsindən əvvəl "qoçları ilə məşhur olan" Adil Əliyev eyni səbəb və oxşar mövzularla yenidən gündəmə gəldi.

"dogruxeber.tv" xəbər verir ki, Suraxanı rayonu Yeni Suraxanı 14 iyul küçəsində yaşayan Aynur Nuriyeva adlı xanım agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalı ilə canlı bağlantı yaradaraq sözügedən rayonun yeni icra başçısı Adil Əliyev və onun rəhbərlik etdiyi qurumun "qoçu" çalışanlarından gileylənib.

Xanımın sözlərinə görə o, tənha anadır və himayəsində iki azyaşlı övladı var. Yaxınları ilə on ildən çoxdur yaşadığı evin həyətində övladları ilə ayrıca yaşamaq üçün balaca bir ev tikməyə qərar verib. Buna dair lazımi sənədləri əldə etmək məqsədilə yerli icra hakimiyyətinə müraciət edib. İcra hakimiyyətinin torpaq şöbəsindən adını təqdim etməyən səlahiyyətli bir şəxs ona bələdiyyə və icra nümayəndəliyinə müraciət etməyi məsləhət görüb.

Aynur xanım bildirir ki, bələdiyyə binasında özünü sədrin oğlu kimi təqdim edən Əhməd adlı şəxs ondan bünövrə üçün 500 (beş yüz), icra nümayəndəliyində əyləşən Elməddin adlı şəxs isə tikinti apara bilməsi üçün 10.000 (on min) manat tələb edib. Xanım buna etiraz etdiyində və bu barədə aidiyyatı qurumlara şikayətçi olduğunda isə Elməddin adlı şəxs onu 14 yaşlı övladı ilə təhdid edib.

Aynur xanım Nuriyeva canlı yayımda təhdidlərə məruz qaldığını, özünün və övladlarının həyatlarının təhlükə altında olduğundan qorxduğunu ifadə edib.



P.S: Qeyd edək ki, Aynur Nuriyevanın müraciətilə bağlı aidiyyatı qurumlara göndərilməsi üçün tərəfimizdən rəsmi sorğular hazırlanıb. Qarşıdakı günlərdə məsələ ilə bağlı daha ətraflı məlumatları və aidiyyatı qurumların bu dəhşət saçan məsələyə reaksiyasını təqdim edəcəyik.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib

Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir

Bütün xəbərlər