gundem / hadise / dunya
15.02.2025
Malidə nazirin kortejinə silahlı hücum olub
Malinin cənubundakı Nyena şəhəri yaxınlığında ali təhsil naziri Burema Kansayenin olduğu kortejə silahlı hücum olub.
"dogruxeber.tv" xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində 4 polis yaralanıb. Nazir hücumda xəsarət almayıb.
Mali hökuməti hücumu İŞİD-ə bağlı silahlı qruplaşmaların törətdiyini iddia edir.



