Daşkəsəndə yerli sahibkarlarla görüş keçirildi - Foto

“AzerGold” QSC tərəfindən Daşkəsən rayonunda sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərlə görüş keçirilib.

dogruxeber.tv” xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətində təşkil olunan görüşdə rayon başçısının müavini Vüqar Məmmədov, “AzerGold” QSC-nin Satınalmalar və təchizat zəncirinin idarəolunması şöbəsinin müdiri Əminağa Dadaşov, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri, eləcə də yerli sahibkarlar iştirak ediblər.

Görüş Daşkəsən rayonunda aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirən “AzerGold” QSC-nin milli qanunvericiliyin tələbləri, mütərəqqi beynəlxalq təcrübə əsasında təşkil etdiyi satınalma müsabiqələrində yerli sahibkarların iştirakının təşviq edilməsi məqsədilə təşkil edilib.

Görüşdə Səhmdar Cəmiyyətinin tətbiq etdiyi “Satınalma qaydaları” haqqında sahibkarlara geniş məlumat verilib, müsabiqələrə müraciət qaydası, iştirak proseduru ətraflı izah edilib.

Tədbir iştirakçılarına, həmçinin satınalmalarda iştirakın planlaşdırılması, ixtisas uyğunluğu göstəriciləri, müqavilənin icrası, satınalma sənədləri, təkliflərin təqdim edilməsi və qiymətləndirilməsi, nəticələrin öyrənilməsi və prosesə nəzarət mexanizmləri barədə müfəssəl məlumatlar verilib.

Daşkəsəndə yerli sahibkarlarla görüş keçirildi - Foto

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən sistemli və ardıcıl tədbirlər, qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi və vergi güzəştlərinin tətbiqi istiqamətində görülmüş işlər nəticəsində sahibkarlar üçün geniş imkanlar yaradılıb.

Bu imkanlardan maksimum yararlanmaq, regionlarda məşğulluğun, iqtisadi aktivliyin artırılması, bölgənin iqtisadi rifahına davamlı töhfələrin verilməsi üçün mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri satınalma proseslərində daim fəal iştirak etməlidirlər.
Sonda sahibkarlarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Oxunub: 477

Son xəbərlər

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Avro və rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bryansk bölgəsindəki meşədə beş yeniyetmə azıb

Sinif yoldaşını yandıran şagirdlə bağlı QƏRAR VERİLDİ

Bakının bir sıra yollarında tıxac yaranıb

"Qalatasaray" məğlub oldu

ABŞ öz vətəndaşlarına Livanı tərk etməyi məsləhət görüb

“Nazirlər və prezidentlər paytaxtdan kənarda çox şeyi görmürlər”

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Bütün xəbərlər