gundem / hadise / Cəmiyyət
21.02.2025, 15:45
Nurlan Libre həbs olundu
Jurnalist Nurlan Libre (Qəhrəmanlı) həbs olunub.
"dogruxeber.tv" xəbər verir ki, Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.
Məhkəmə təqdimatı təmin edib. Onun barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Nurlan Libre “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb.



