“Gold Məkan” qanunları SAYMIR: işçisinin fiziki zorakılığı necə gizlədilir? –  FOTOLAR+VİDEO

Artıq 1 il 5 aydır ki, Nərimanov rayonu, Ağa Neymətulla, F.X.Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində, 1,6 hektar ərazidə binaların “Gold Məkan MMC” şirkəti tərəfindən qanunsuz şəkildə sökülməsï iddia olunur.

"dogruxeber.tv" bildirir ki, bununla bağlı bina sakinlərindən biri Fətullayeva Adilə Adil qızı Bakues.az-a şikayət məktubu ünvanlayıb.

Onun sözlərinə görə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16(005)-84/2024 saylı, 12.03.2024-cü il tarixli qərardadına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1871/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ev 58 ünvanında yerləşən binanın ətrafında söküntü, tikinti və binanı qəzalı vəziyyətə sala biləcək hər hansı bir fəaliyyət göstərilməsi “Gold Məkan” MMC-yə və digər şəxslərə qadağan edilib:

“04.07.24 tarixində məhkəmə tərəfindən binaya yaxınlaşmamaq qərarı verilsə də, “Gold Məkan” şirkətinin rəhbərliyi binanın qaz borusuna müdaxilə edib. Belə ki, binamızın tinində, 4-cü blok tərəfdə, iki nəfərin “90- SY-457” jiquli markalı maşınla gələrək qaz borumuza müdaxilə etdiklərinin şahidi olduq. Birinin əynində “Azəriqaz” işçisinin köhnə qara “kurtka”sı var idi, lakin vəsiqə göstərməkdən imtina etdilər. Qaz idarəsinin 104 qaynar xəttinə zəng edərək öyrəndim ki, “Azəriqaz” bizim əraziyə əməkdaş göndərməyib və operator bizə onlardan vəsiqələrini tələb etməyi məsləhət gördü. Xahiş etdik ki, əməkdaşlarını göndərib məsələyə aydınlıq gətirsinlər. Eyni zamanda FHN-nin 112 qaynar xəttinə xəbər versək də, DİN 102 qaynar xəttinə 6 saat ərzində dəfələrlə zəng edilsə də, gələn olmadı.

“Gold Məkan”ın fəhləsi özünü qeyri-adekvat aparırdı, suallara cavab vermirdi, vəsiqə göstərmirdi, söyüş söyürdü, mənə və qonşulara qarşı nalayiq hərəkətlər edirdi. Onu da bildirim ki, “Gold Məkan”ın kağızda adı gedən direktoru Allahşükür Məmmədov hadisə yerində idi və özünü “sakin” kimi təqdim etdi. Biz onu tanımırdıq”.

“Gold Məkan” qanunları SAYMIR: işçisinin fiziki zorakılığı necə gizlədilir? –  FOTOLAR+VİDEO

Şikayətçi qeyd edib ki, şirkət işçisinə qanunsuz qaz borusunu onların binasına calaq etdiyinə görə etirazını bildirən zaman hücuma məruz qalıb.

“Qaynaq işi görən şirkətin fəhləsindən sənəd tələb etdiyimdə, üstümə hücum çəkərək əlindəki armaturdan düzəldilmiş çəkiclə başıma zərbə endirmək istəyirdi ki, qonşumuz Fuad Ələsgərov araya girdi və ona imkan vermədi. Lakin şirkətin işçisi telefonu tutan əlimə və 750 azn-lik telefona çəkiclə vurub onu sındırdı. Mən ondan sonra Nərimanov RPİ-nə qonşum Fuad müəllimin telefonundan yığdım və 17-ci bölmədən polislərin niyə gəlməməsi ilə maraqlandım. O vaxta qədər, başda Mahir Eyvazov olmaqla, şirkətin işçiləri artıq sırayla düzülmüşdülər və ağ köynəkli şəxs (ö̈zünü təqdim etməyən) mənə dedi ki, “Onda olan məlumata görə, mən telefonu özüm sındırmışam”. Sonradan Hüseynov Ruslan adlı şəxs qanunsuz iş görən Məmmədov Vüqarı oradan qaçırtdı. Araşdırmalar nəticəsində məlum oldu ki, Hüseynov Ruslan “Camaldağ” podratçı şirkətinin icraçı direktoru olsa da, qanunsuz qaz borusuna müdaxilə edən fəhlələr onların deyil, hadisədən sonra işə götürülmüşdilər ki, ” Gold Məkan”ın adı hallanmasın. Bu səbəbdən də “Çamaldağ” şirkəti 20 000 azn cərimələndi”, -deyə müsahibimiz bildirib.

“Gold Məkan” qanunları SAYMIR: işçisinin fiziki zorakılığı necə gizlədilir? –  FOTOLAR+VİDEO

A. Fətullayeva şirkət işçisinin onun üzərinə hücum çəkərək, fiziki zorakılıq göstərməsini videoya çəkdiyini söyləyib. Şikayətçinin redaksiyamıza təqdim etdiyi videogörüntülərdən də onun fiziki zorakılığa məruz qaldığı açıq şəkildə görünür.

Zərərçəkmiş onu da bildirdi ki, 17-ci bölmənin əməkdaşları hadisə yerinə 6 saatdan sonra gəlsələr də, cinayətkarın axtarışı və tapılması üçün heç bir tədbir görmədilər. Yalnız Fətullayeva A.A. prokurorluğa müraciət etdikdən sonra 17-ci bölmənin müstəntiqi Seymur Poladov 9 gün sonra, şənbə günü izahat almaq üçün onu bölməyə dəvət edib. Nərimanov rayon prokurorluğunda cinayət işi yalnız Fətullayeva 09.08.24 il tarixində Baş prokuror Kamran Əliyevin qəbulunda olandan sonra 12.08.24 ildə açılıb. Lakin CM-nin 221.3-cü maddəsi əvəzinə 128-ci maddəsi maddəsi ilə cinayət işi açılıb:

“25.09.24 il tarixində DİN Vilayət Eyvazovun qəbuluna getdim və cənab nazirin ətrafında olan əməkdaşlar koridorda videonu görəndə dedilər ki, bu əməldə 221.3-cü maddənin tərkibi var. Qəbuldan sonra Nərimanov RPİ – da müstəntiq Fuad Babayev istintaqa başladı, amma o da bizim şahidlərin ifadələrini heçə sayaraq və əks tərəfin yalan ifadələrini araşdırmadan maddəni dəyişmədən məhkəməyə göndərdi.



Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədova 2024-cü ilin oktyabr ayından 13 iclas keçirsə də, görünür, onların sayı ya ədalətli qərar çıxartmaq üçün yetərli olmayıb, ya da ilk gündən vəkilim Abbas Quliyev tərəfindən verilmiş vəsatətlə tanış olmayıb. Çünki nə prokurorluqda, nə də polisdə sübutların qiymətləndirilməsi düzgün aparılıb. Ümümiyyətlə, Nərimanov rayon məhkəməsində heç bir hakim “Gold Məkan” tikinti şirkəti və onun əməkdaşları ilə əlaqədar məhkəmənin sədri Həbib Həsənovun təzyiqindən çıxaraq ədalətli qərar verə bilmir.



Dövlət ittihamçısı cinayətkara 9 ay ümumi rejimli cəza müəsissəsində azadlıqdan məhrumetmə haqqında cəza verilməsini təklif etdi, lakin Gültəkin Əsədova ona 1 il islah işləri cəzası verməklə sərbəst buraxdı. Bu, o deməkdir ki, hər bir cinayətkar əlinə alət, çəkic, silah alaraq qadınlara hücum çəkəcək, xəsarət yetirəcək, özünü günahkar saymayacaq və sərbəst buraxılacaq. Ya prokurorun, müstəntiqin, hakimin savadı bu insidenti düzgün maddə ilə qiymətləndirməyə çatmadı, ya da sifariş yüksək yerdən idi…”.

İrəli sürülən ittihamlarla bağlı “Gold Məkan”ın mövqeyini dərc etməyə hazırıq.

“Gold Məkan” qanunları SAYMIR: işçisinin fiziki zorakılığı necə gizlədilir? –  FOTOLAR+VİDEO

“Gold Məkan” qanunları SAYMIR: işçisinin fiziki zorakılığı necə gizlədilir? –  FOTOLAR+VİDEO

“Gold Məkan” qanunları SAYMIR: işçisinin fiziki zorakılığı necə gizlədilir? –  FOTOLAR+VİDEO

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər