Özləri icazə verir, sonra da nöqsan tapırlar...

Xəbər verdiyimiz kimi, dünən Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində yoxlama aparılıb.

dogruxeber.tv”ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılmış yoxlama zamanı dönərxanada mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələri aşkarlanıb.

Həmin məlumata görə, yoxlama zamanı “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən olunub.

Tribunainfo.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, “Al-ASR” əmtəə nişanının sahibləri ölkəyə mal və toyuq ətlərini xaricdən gətirir. Buna səbəb isə xaricdən gətirilən ət və toyuq məhsullarının qiymətinin ucuz olmasıdır. Bundan başqa, bu şirkət əsasən Rusiya, xüsusən də Çeçenistan və Dağıstandan ölkəmizə ət gətirir ki, onun da AQTA-nın nəzarəti və yoxlamasından keçmədən ölkəyə daxil olması mümkün deyil.

Özləri icazə verir, sonra da nöqsan tapırlar...

Bildirilir ki, xaricdən gətirilən bütün məhsullar məhz AQTA-nın müvafiq rəyi olmadan ölkəyə daxil ola bilməz. Qanuna əsasən, həmin məhsullar laboratoriya analizindən sonra rəy alaraq ölkəyə buraxılmalıdır.

Belə olan halda, Bakıda heç də az məşhur olmayan bir şirkətə məxsus dönərxanada mənşəyi məlum olmayan və tərkibində təhlükəli mikrob olan ətin aşkarlanması AQTA-nın öz ayıbıdır. Çünki onlar ölkəyə dondurulmuş ətin gətirilməsinə rəy və razılıq verən yeganə qurumdur.

O zaman belə bir rəy yaranır ki, AQTA özü mənşəyi məlum olmayan ətlərin ölkəyə daxil olmasında maraqlı olub. Bunu hansı maraqdan dolayı etdiyini isə demək yenə də bu qurumun üzərinə düşür. Çünki gömrükdən mal və məhsul keçirən əksər sahibkarlar AQTA ilə bağlı heç də xoşagələn fikirlər səsləndirmirlər. Onlar bildirirlər ki, bu qurum istədiyi rəyi vermək üçün müəyyən maraqlar güdür.

Hətta məlumatlar var ki, bəzi AQTA əməkdaşları ucuz mal və toyuq ətini ölkəyə idxal biznesində də mövcuddurlar. Yəni, onlar qonşu ölkələrdən aşağı keyfiyyətli ucuz ət taparaq ölkəyə gətirir və AQTA-nın rəyini də asanlıqla ala bilirlər.//Qafqazinfo

Son xəbərlər

Bakının bu ərazisində zibili eşşək arabası ilə yığırlar

Abşeron rayonunda “14 iyul 1969-cu il – Böyük gələcəyə aparan yol” mövzusunda tədbir keçirilib

Meyson Qrinvud "Fənərbağça"da

“Azəridad” toyuq kolbasası istehsal edən müəssisədə nöqsanlar aşkarlanıb

Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb

Bu ölkə İran təyyarələrinə qadağa qoydu

Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər

Milli Məclisin sessiyası yekunlaşdı - Deputatlar tətilə çıxdı

Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi

"Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”

172 nömrəli avtobusun hərəkəti dəyişir

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Bütün xəbərlər