Elşən Salahovun "yüksək" idarəçiliyinin acı nəticələri - VİDEO

Ötən gün portalımızda Xəzər rayonunun Binə qəsəbəsi ərazisində aparılan qanunsuz tikintilərlə bağlı yazı dərc edib, həmin tikintilərə aid fotoları təqdim etmişdik. Həmçinin bildirmişdik ki, görüntüləri daha ətraflı şəkildə "Kanal14"ün efirində yayımlayacağıq.

Görəsən icra başçısı ağşsaqqala güvənərək qanunsuzluqlara göz yumur? // FOTO + VİDEO

"dogruxeber.tv" bildirir ki, ötən gün sözügedən görüntülər söz verdiyimiz kimi, "Kanal14"ün efirində canlı yayımlandı.



Videoda da göründüyü kimi kateqoriyası təsərrüfat təyinatlı ərazilərdə çoxsaylı yaşayış evlərinin tikintisi aparılır. Hansı ki, həmin ərazilər işıq, mavi yanacaq və digər kommunal xətlərlə təmin olunmayıb.

Ötən gün də qeyd etdiyimiz kimi, bu tikintilərin aparılmasında Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahovla bərabər, TTN agentliyinin rəisi Cəbrayıl Xanlarov, ARXKOM rəisi Anar Quliyev və ƏMDX sədri Mətin Eynullayev də məsuliyyət daşıyır və adı çəkilən qurum rəhbərlərinin hər birinə də bununla bağlı tərəfimizdən rəsmi sorğular göndərilib.

Lakin, Sabunçu rayonu Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz inşa olunan 3 mərtəbəli iaşə obyektini görə-görə, bilə-bilə susan və tikintinin başa çatmasına açıq-aşkar şərait yaradan bu qurum rəhbərləri hələ də sorğularımıza verməyə cavabları olmadığı üçün susmaqda davam edirlər.

Bizim tikinti aparan vətəndaşlara heç bir iradımız yoxdur, çünki onların böyük əksəriyyəti sonra sənədləşmə zamanı məhz yuxarıda sadalanan qurumlarda yaşayacaqları problem və süründürməçilikdən bixəbərdirlər. Bu gün isə verdikləri rüşvət qarşılığında aldıqları yağlı vədlərin sevinci ilə dəridən-qabıqdan çıxıb, yaşayış evi tikməkdə davam edirlər.

Növbəti yazımızda bu qurumların vətəndaşlara yaratdıqları problemlər və yarıtmaz fəaliyyətləri ilə dövlət siyasətinə kölgə salaraq, xalqda dövlətçiliyə qarşı nifrət oyatmalarına cəhddən bəhs edəcəyik.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib

Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir

Oğuzda 28 yaşlı şəxsin meyiti tapıldı

Bütün xəbərlər