75 milyard büdcə var, amma kadr yoxdur - Alman ordusu niyə əsgər tapa bilmir?

Ukrayna müharibəsi başladığı gündən etibarən hərbi və siyasi balansı dəyişdirdi və bu dəyişikliklər hələ də davam edir. Avropa ölkələri ordularına daha çox sərmayə yatırsalar da, personal çatışmazlığı problemini həll etməkdə çətinlik çəkirlər. Bu məsələdə ən bariz nümunələrdən biri Almaniyadır.

Almaniya orduya milyardlarla avro ayırdı

"dogruxeber.tv" xəbər verir ki, Rusiya ordusunun Ukraynaya müdaxiləsindən sonra Avropa ordularında genişmiqyaslı dəyişikliklər başlayıb. Avropa İttifaqının ən mühüm hərbi güclərindən biri olan Almaniya, son illərdə müdafiə büdcəsinə milyardlarla avro sərmayə qoyub.

Ötən il Almaniya Litva ilə razılaşma imzalayaraq tarixində ilk dəfə öz sərhədlərindən kənarda 5 min nəfərlik hərbi baza qurmaq qərarına gəlib. Bununla belə, artan sərmayələrə baxmayaraq, Almaniya ordusunda həll olunmayan əsas problemlərdən biri kadr çatışmazlığıdır.

Parlamentə (Bundestaq) təqdim edilən hesabatda Almaniyanın 2024-cü ildə müdafiə xərclərinin ilk dəfə NATO-nun müəyyən etdiyi ÜDM-in 2%-i həddinə çatdığı bildirilib. Orduya ayrılan büdcənin 69 milyard avronu (təxminən 75,4 milyard dollar) keçdiyi açıqlanıb.

Bu xərclərin əhəmiyyətli hissəsi keçmiş kansler Olaf Şoltsun elan etdiyi və Rusiyanın Ukraynaya hücumundan dərhal sonra yaradılan 100 milyard avroluq xüsusi fonddan təmin edilib. Lakin bu fondun yalnız 18%-i hələ də xərclənməyib.

Almaniya hökuməti 2024-cü ildə 97 müxtəlif hərbi satınalma qərarını təsdiqləyib. Bunların əksəriyyəti hava hücumundan müdafiə sistemləri ilə bağlı olub. Bundan əlavə, Ukraynaya göndərilən "Leopard" tanklarının və kundağı motorlu haubitsaların yerinə yenilərinin sifariş edildiyi bildirilib.

Kadr çatışmazlığı: Ordu hədəfin gerisində qalır

Almaniya ordusu döyüş hazırlığını artırmaq üçün ciddi xərclər çəksə də, bəzi problemlər yalnız maliyyə ilə həll edilə bilmir. Ən böyük maneələrdən biri personal çatışmazlığıdır.

Alman ordusunda 2024-cü ildə 20 mindən çox yeni personal işə qəbul edilib. Bu, 2023-cü illə müqayisədə 8%-lik artım deməkdir. Lakin bu şəxslərin dörddə birindən çoxu altı aylıq sınaq müddətindən sonra ordudan ayrılmaq qərarına gəlib.

Könüllü və müqaviləli kadrlarda boşluq 20%-i keçib. Ümumilikdə, 203 min aktiv personal hədəfinə 21 min 826 nəfərlik çatışmazlıq səbəbindən nail olunmayıb.

Almaniya ordusuna qoşulmaq üçün müraciət edənlərin təxminən 20%-i qəbul edilmir, qəbul edilənlərin isə 28%-i orduda qalmır. Bundesver hələ də kadr çatışmazlığını tam həll edə bilməyib.

Orduda Neo-faşist problemi

Bundestaqa təqdim olunan hesabatda Bundesverdəki rütbəli kadrlar arasında aşkar edilən Neo-faşist üzvlərinin araşdırılmasında institusional boşluqların olduğu bildirilib.

Almaniya ordusunda ifrat sağçı və ekstremist qrupların varlığı uzun müddətdir mübahisəli bir mövzudur. Yeni hökumət koalisiyası (mühafizəkarlar və sosial demokratlar) ölkənin hərbi gücünü artırmaq və modernləşdirmək üçün tədbirlər görməyə davam edəcəyini açıqlayıb.

NATO hədəfləri və Trampın yeni tələbi

Almaniyanın müdafiə xərclərinin NATO-nun müəyyən etdiyi ÜDM-in 2%-i həddinə çatması mühüm bir mərhələ olsa da, ABŞ-ın keçmiş prezidenti və 2025-ci ildə yenidən vəzifəyə qayıtmaq ehtimalı olan Donald Trampın tələbləri daha da sərt ola bilər.

Tramp NATO ölkələrinin müdafiə xərclərini ÜDM-lərinin 5%-ə qaldırmalarını tələb edəcəyini bildirib. O, artıq prezident olduğu dövrdə NATO ölkələrini 4%-lik müdafiə xərclərinə çıxmağa məcbur etmək istədiyini açıqlamışdı.

Bütün bu inkişaflara baxmayaraq Almaniyanın qarşılaşdığı ən böyük problem maliyyə deyil, personal çatışmazlığıdır. Orduya qoşulmaq istəyənlərin az olması və yeni işə götürülənlərin böyük bir qisminin tez bir zamanda ayrılması, Bundesverin uzunmüddətli hərbi strategiyalarını çətinləşdirən əsas amillərdən biri olaraq qalır.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər