"Müdirlə kəllə-kəlləyə qoyma" göstərişi verən Qürbətəli Zeynalovun ŞOK ƏMƏLLƏRİ: Lənkərandakı 12 saylı bağçada nələr baş verir?

"Qara əməlin kökü Qürbətəli Zeynalovdan qaynaqlanır" - Bağça tərbiyəçisi ATİAHİ-nin Lənkəran RHK sədrindən şikayətçidir "Qürbətəli müəllim mənə müdir Zəminə İsayevanın əmrinə əməl etməyimi bildirdi. Ətraflı izah etmək istəyəndə "müdirlə kəllə-kəlləyə qoyma" göstərişi ilə söhbəti bağladı."

"dogruxeber.tv" bildirir ki, bu sözlər 33 ildir Lənkəran şəhər 12 saylı uşaq bağçasında tərbiyəçi işləyən Cəfərova Nahidə Kamal qızı tərəfindən Fakt.info Xəbər Portalına daxil olan şikayət məktubunda qeyd olunub.

Şikayətçi yazır ki, tərbiyəçi olmaqla yanaşı Bağça Həmkarlar İttifaqının sədriyəm.

"11 aydır - 09.04.2024 - cü il tarixində bağçamıza müdir təyin olunan İsayeva Zəminə Bəyhüseyn qızı 4-5 bağçada konfiliktlər, problemlər yaşaması ilə əlaqədar iş yeri dəyişilə-dəyişilə bizim bağçaya təyin olunmuşdur.

Təyin olunan gündən təhsil sistemi mənim arxamdadır, "mən bu bağçadan təqaüdə gedəcəyəm. Mənə heç kim heç nə edə bilməz" - deyərək işçiləri özünə tabe edib, imzalarını topladaraq akt-protokol toplayır. Əvvəlki aylarda etdiyi "qara" əməllərə sübutum var.
Aylar ötə-ötə stolunu bərkidib deyə "qara" əməllərinin sayı artmaqdadır. Belə ki, bağçanın 0,5 ştat, 23 il iş stajlı xadiməsinin vedrə-süpürgəsinə təpik vururdu, təhqir edirdi, sıxışdırırdı.

28.02.25 tarixində eyni sıxışdırma ilə mənə təqdimat verərək xadimə-dayə üçün həmkar iclası keçirərək onu işdən çıxarılmasına protokol yazmağım üçün təzyiq göstərdi. Vəziyyətlə bağlı köməklik üçün Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Lənkəran RHK-nın sədri Qürbətəli Zeynalova vatsap üzərindən məlumat verdim. Qürbətəli müəllim mənə müdir Zəminə İsayevanın əmrinə əməl etməyimi bildirdi. Ətraflı izah etmək istəyəndə "müdirlə kəllə-kəlləyə qoyma" göstərişi ilə söhbəti bağladı. 03.03.25 ci il tarixində Bazar ertəsi işə gələrkən isə Zəminə İsayeva tərəfindən növbəti hədəfi olan bağçanın metodisti üçün işdən azad olunma protokolu yazmağımı tələb etdi. Hesabla iki gün ərzində iki nəfərin çörəyinə bais olmaq.

Məcbur olub Azad Həmkarlar İttifaqı Konfedrasiyası sədri Araz Paşayevə poçt və gemail vasitəsiylə düşdüyümüz vəziyyəti yazıb göndərdim.
Qürbətəli müəllimin bu günki hərəkəti bir daha təsdiq etdi ki, o, bağçanın müdiri ilə əlbirdir. Mən Z.İsayevanın "qara" əməllərinə son verilməsini xahiş etdiyimdə demə ki, "qara" əməlin kökü Qürbətəli müəllimdən qaynaqlanırmış.Bu gün - 07.03.25 də saat 12:00 radələrində bağçaya gələrək kollektivə əmr edib ki, yazın "bağça həmkarlar təşkilatının sədri Nahidə Cəfərova müdirdən uşaqlara vermək üçün meyvə şirəsi tələb edir", imzalayın, Nahidə Cəfərovanı həmkarlar təşkilatı sədrliyindən azad edim. Gedirəm, bazar ertəsi izahatları aparmağa gələcəyəm, deyib.

Sayt olaraq sizdən çox xahiş edirəm mənim haqqa çağrış edən səsimi ictimailəşdirin. Haqqsız haqqa haqqsızlıq edib vəzifəmdən uzaqlaşdırmasın.
07.03.25
"Müdirlə kəllə-kəlləyə qoyma" göstərişi verən Qürbətəli Zeynalovun ŞOK ƏMƏLLƏRİ: Lənkərandakı 12 saylı bağçada nələr baş verir?

"Müdirlə kəllə-kəlləyə qoyma" göstərişi verən Qürbətəli Zeynalovun ŞOK ƏMƏLLƏRİ: Lənkərandakı 12 saylı bağçada nələr baş verir?

İmza: Nahidə Cəfərova,
Lənkəran şəhər 12 saylı körpələr evi - uşaq bağçasının həmkarlar ittifaqı sədri."Fakt.info xəbərdə adı keçən hər kəsin söz haqqını tanıyır.

Son xəbərlər

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Bütün xəbərlər