Alıcılara XƏBƏRDARLIQ: Bu kərə yağları SAXTADIR- “Westgold”, “President”…

dogruxeber.tv : - Son aylarda kərə yağı sürətlə bahalaşır. Nəzərə alaq ki, kərə yağı qida rasionumuzda xüsusi yer tutur. Ona görə də bayram ərəfəsində bahalaşma hər kəsi narahat edir. Bahalaşmanın əsas səbəblərindən biri kərə yağının əsasən idxal olunmasıdır. Dövlət Gömrük Komitəsinin məlumatına görə ötən il Azərbaycan 173,6 milyon dollar dəyərində kərə yağı idxal edib. Bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 87,8% çoxdur. Artan qiymətlərNəzərə alaq ki, dünyada da kərə yağı sürətlə bahalaşır. Təsadüfi deyil ki, son 5 ay ərzində dünya bazarlarında kərə yağının qiyməti kəskin şəkildə artıb.Təbii ki, dünya bazarında artan qiymətlər daxili bazara da təsirsiz ötüşmür. Son aylarda Azərbaycanda kərə yağı qiymətlərində artım müşahidə olunur. Hazırda pərakəndə satış məntəqələrində “President” yağı (1 kq, 82%) 34, Türkiyə istehsalı “Pınar” yağı (1 kq) – 28.55, Almaniya istehsalı olan “Gerda” (1 kq) isə 27.50, “Best Cow” yağı (1 kq) – 23.19, “Westgold” (1 kq) – 23.90, Zellandiyanın “Colden Crown” yağı (1 kq) – 22.90 manata təqdim olunur.Saxta yağlarYerli istehsalın azlığı və idxaldan asılılıq təbii ki, qiymət artımına səbəb yaradır. Artan qiymət fonunda işbazlar dövriyyəyə girir. Bu gün heç kimə sirr deyil ki, bəzi marketlərdə satılan kərə yağlarının tərkibi çox qarışıqdır.Təsadüfi deyil ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bununla bağlı monitorinqlərə başlayıb. Qurumun həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs İmanverdiyev Elman Sahib oğlu tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb.Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterini – “Kampesterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (linolen, palmitin, olein yağ turşuları) aşkar edilib.Təbii ki, qiymət artımı bazara daha çox keyfiyyətsiz kərə yağlarının daxil olmasına imkan yaradır.Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, müxtəlif adlarla təqdim olunan yağların tərkibi heç də 100 faiz kərə yağ deyil:“İstehsal prosesində daha çox bitki yağlarından istifadə edilir. Son zamanlar kərə yağının qiymətinin artması bu işə bir qədər də təkan verib. Hazırda kiloqramı 20 manatdan aşağı kərə yağı yoxdur. Bu da bəzi işbazlara imkan yaradır ki, bazara daha çox saxta məhsullar çıxartsın.Doğrudur, AQTA bununla bağlı hərəkətə keçib. Amma bu kafi deyil. Bu gün bazarlarda və ticarət şəbəkələrində kifayət qədər saxta yağlar var”.//Azsiam. Az

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər