"Günahkar Emin Əmrullayevdir, cəzanı isə şagird, müəllim və valideynlər çəkir" - ŞOK FAKTLAR

dogruxeber.tv: - ARTİ davamlı "saxta" təlimlərini keçməyə davam edir. Oxuyub anlama bacarığı formalaşdırılması ilə bağlı əzbərlənmiş təlimlər illərdir keçirilir. Təlimçilər çox savadsız, yalandan slayd əzbərləyib üzündən oxuyurlar. Metodiki heç bir məlumat verə bilmirlər. Müəllimlərin sualları cavabsız qalır. Müəllimlərə heç bir bilik də ötürülmür. Daha sonra həmin təlimin qiymətləndirilməsi keçirilir. Təbii ki, heç bir şey öyrədə bilmirlər, heç nə bilmirlər, keçdikləri təlimdəki müəllimlər də nəsə öyrənmədiyi üçün testi işləyə bilmirlər. Bu dəfə də özlərini pis vəziyyətə qoymamaq üçün testin cavabların ya ARTİ-nin bəyənmədiyi bir iki fərdi repetitor kimi çalışan təlimçilərdən öyrənirlər, ya da təlimi keçə bilməyən müəllim sualların düzgün cavabın vatsap qruplarına atır. Guya nəsə öyrədib. Məsələ burasındadır ki, verdiyi cavablar da səhv olur. Altstandartları təlim nəticəsi ilə əlaqələndirə bilmir, məzmun xətlərini tapşırıqlarla əlaqələndirə bilmir, oxu texnikasını düzgün müəyyənləşdirə bilmir. Amma ARTİ peşəkar metodist yetişdirir. Hörmətli ARTİ öz işçinizi seçə bilmirsiniz, öz işçinizi yetişdirə bilmirsiniz, öz işçiləriniz müəllimlərə təlim keçə bilmir. İndi hansı haqla, hansı düşüncə ilə, hansı əsas ilə metodist yetişdirirsiniz?! Keyfiyyətindən, uğurundan danışırsınız. Biz ara-sıra hazırkadıqlarınızla danışırıq. Hamısı kurikulum hazırlığı keçmək ümidi ilə qoşulduğunu amma hələ ki heç nə bilmədiklərini və sualları olduqda sizin bəyənmədiyiniz təlimçilərdən (Fərdi repetitor-ARTİ ilə əlaqəsi olmayan) soruşurlar. Bu biabrçılıq nə vaxta kimi davam edəcək?!..

Elnur Əliyev, Nəzakət Mehdiyeva, Aynur Rüstəmova və b. Nə qədər insanları belə aldatmağı, nə qədər müəllimləri oyuncaq kimi istifadə etməyi düşünürsünüz???
Yeyinti yeri kimi bu təlim və layihələrdən istifadə edərək, ETN, MÜTDA, ARTİ birlikdə gəlir əldə edirlər. Amma MDPİM heç olmasa gəlirdən əlavə, vicdan da olsun. Nəsə öyrədin. Qohumbazlıq, rüşvətlə işə götürülmüş təlimçiləriniz, bir kitab əzbərləyib heç nə bilməyən işçiləriniz sizi və Azərbaycan xalqını məhv etməyə davam edir.

Sonra Emin Əmrullayev çıxıb PİSA qiymətləndirməsindən danışır. Hansı haqla?? Müəllimləri günahlandırır. Hansı haqla? Məgər bu şəraiti yaradan cənab Nazir özü deyilmi?.. Günahkarlar göz önündədir. Niyə bunun cəzasını Azərbaycan xalqı, şagird, valideyn, müəllimlər çəkməlidir?!

Bu neçənci yazıdır?! Hansı tədbir görülüb?! Sabahın alimləri haqda dəfələrlə yazdıqdan sonra tehsilmedia.az saytının israrlarına qarşılıq neçə illər sonra bir ixtira ortaya qoydular. İndi bu haqda nə qədər yazmalıyıq ki, peşəkar səviyyədə demirik, heç olmasa dürüst bir iş ortaya qoysunlar? // Tehsilmedia.az

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər