İnfluenser və blogerlər üçün bəd xəbər - Bu qanunlar dəyişdi, ciddi qadağalar gəldi

“Hökumət sosial mediada reklam fəaliyyətini nəzarətə götürdü: bəzi blogerlər üçün qızıl dövr bitdi. Blogerlərin bazar payı nə qədərdir, yeni qanunun tətbiqində blogerlər və sosial media üçün risklər varmı? Reklam haqqında qanuna dəyişikliklər təsdiqlənib. Artıq sosial mediada reklamla məşğul olan influenserlər və blogerlər – rəqəmsal platforma təsirçiləri (RPT) üçün yeni tələblər müəyyən edilib”​.

"dogruxeber.tv" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz reklamla bağlı qüvvəyə minən yenilikləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, bloger reklam paylaşımında mütləq açıq şəkildə “reklam” və ya “sponsorluq” sözünü qeyd etməli, VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi açıqlamamalı, sifarişçi haqqında məlumatlar verməli və lisenziya tələb edən məhsulların reklamı üçün müvafiq sənədləri paylaşmalıdır və s.

Ekspert “Blogerlər çoxdurmu, nə qədər qazanırdılar, bu bazarın həcmi nə qədərdir?” sualına da aydınlıq gətirib: “Azərbaycanda əsasən “Meta” (“İnstagram”, “Facebook” və s.) və “Google” (“Youtube” və s.) rəqəmsal reklam bazarında üstünlük təşkil edir. Son dövrlərdə “TikTok” da bu bazardan xeyli pay qopardır.

Azərbaycanda bu sektorda məhz bu tip reklam bazarının payı ildə təxminən 10 milyon manat civarındadır. Sosialda az sayda bloger var ki, bu fəaliyyətdən aylıq 50 min manatdan yuxarı dövriyyəsi ola bilər.

Ümumiyyətlə isə qiymətlər təxminən bir paylaşım üçün 50 manatdan başlayır. Bir kampaniya üçün ortalama 500-1500 manat, hətta 10-15 min manat alan blogerlər də var.

Əksəriyyət isə elə də böyük pullar qazanmır. Yeri gəlmişkən, həmin bu 10 milyon əvvəllər TV-lərə çatırdı. İndi rəqəmsal bazar bunu TV-lərin əlindən alıb. Bu rəqəm getdikcə artacaq. Baxmayaraq ki, bir neçə gün öncə bir dəfə də olsun auditi keçirilməyən, hesabatlılığı olmayan, TV-lərin reytinqini ölçən “Marsa Azərbaycan” media üçün reallığı əks etdirməyən başqa data açıqlayıb. Bu isə başqa bir müzakirə mövzusudur.

Blogerlər və influenserlik cəmiyyətə nə verir?

Bəzən bu sahədə çalışanlara qarşı mənfi münasibətin çox olması müşahidə olunur. Bu fəaliyyətlə məşğul olanların hamısına mənfi münasibət bəsləmək, tənqid hədəfinə çevirmək doğru olmazdı.

İnfluenserlərin və blogerlərin paylaşımları cəmiyyətin informasiya qəbuluna, davranış modellərinə və ictimai rəyə birbaşa təsir edir. Onlar təkcə reklam deyil, həm də maarifləndirmə, sosial məsuliyyət və ictimai diskussiyaların formalaşmasında mühüm rol oynayırlar”.

O. Gündüz bu dəyişikliklərin reklam bazarına, sosial medianın inkişafına necə təsir edəcəyinə də münasibət bildirib: “Düşünürəm ki, ümumiyyətlə, bu bazarın tənzimlənməsi üçün şərait çoxdan yetişmişdi. VÖEN-lə fəaliyyət göstərən məsuliyyətli blogerlərlə yanaşı, xeyli sayda qeyri-peşəkarlar, sui-istifadəçilər, nəyisə necə gəldi reklam edənlər, xeyli qazansalar da heç bir vergi ödəməyənlər də vardı. Bu dəyişikliklər reklam bazarının peşəkarlaşması, vergi mədəniyyətinin formalaşması, istehlakçıların aldadılmasının qarşısının alınması və şəffaflığın təmin olunması baxımından müsbət addımdır. Sifarişçilər üçün də daha etibarlı əməkdaşlıq mühiti yaranacaq, kontent keyfiyyəti artacaq, sosial mediada izləyici etimadı güclənəcək. Amma risklər də var.

Qanunun tətbiqində yol verilən aşırı addımlar bu kiçik biznes üçün, yeni bloger və influenserlər üçün çətinlik yarada, yenicə auditoriya toplayan gənclər üçün tormozlayıcı faktora çevrilə, sosial medianın özünün inkişafı ilə bağlı problemlər yarana bilər. Yəni sosial media məhz müxtəlif fikirliliyə, rəngarəngliyə, hər bir istifadəçinin yaratdığı kontentin fərqliliyinə görə maraqlıdır.

Əgər yalnız yeknəsəng, yalnız kommersiya məqsədli paylaşımlar üstünlük təşkil edərsə, bu sektorun inkişafına da mənfi təsirlər olacaq. Bu qanunun icrasında əsas məqam ictimai nəzarətlə və ictimai iştirakçılıqla bağlı olacaq. İctimai nəzarət addımlarının isə nifrət zəmininə çevrilməməsi üçün maarifləndirmə, cəmiyyətin inkişafı, ictimai maraqlar inkişaf etdirilməlidir.

Qanunun tətbiqi şəffaf, balanslı və maarifləndirici olmasa, gənclərdə bu sahəyə marağın azalmasına, yaradıcı azadlığın zədələnməsinə, nəzarətdə olan reklam sektorunun zəifləməsinə, gizli və xaricdən olan reklamın üstünlük qazanmasına gətirib çıxara bilər”.//Gununsesi.info

Son xəbərlər

Yaponiyada güclü zəlzələ 13 can aldı

Texnologiya dünyasında şok hadisə: Süni intellekt nəzarətdən çıxdı?

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Azərbaycanda güllələnmə: Bir nəfər öldü

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Bütün xəbərlər