gundem / Cəmiyyət
24.05.2025
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabah bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, mayın 25-də bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.



