Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?

dogruxeber.tv: - Ağcabədi rayonunun Hindarx adlanan ərazisində baş verən ekoloji cinayət sosial şəbəkə istifadəçilərinin haqlı narahatlığına səbəb olub. Yayılan videogörüntülərdə aydın görünür ki, çoxsaylı çoxillik ağaclar qanunsuz şəkildə məhv edilir. İddialara görə, bu əməllər AzAqro MMC şirkətinin əməkdaşı olduğu bildirilən Qasımov Azər Qasım oğlu tərəfindən törədilir.



Görüntülərdə meşə zolağının içərisində ekskavatorlar vasitəsilə torpaq qazılaraq ağaclar kəsilir, onların yerində su arxı çəkilir. Halbuki, Azərbaycan Respublikasının Meşə Məcəlləsinə və “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun tələblərinə görə, meşə fonduna daxil olan ərazilərdə hər hansı təyinat dəyişməsi, kəsim və tikinti işləri yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə, müvafiq mühafizə tədbirləri əsasında həyata keçirilə bilər.

Əldə etdiyimiz ilkin məlumatlara əsasən, ağacların kəsildiyi ərazidə bu cür qanuni razılıq sənədlərinin mövcud olub-olmaması sual altındadır. Əgər bu fakt təsdiqlənərsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsi (Meşələrin qanunsuz qırılması) ilə cinayət tərkibli əməl olaraq qiymətləndirilə bilər. Qanunla bu cür hallarda həm fiziki, həm də hüquqi şəxslər məsuliyyətə cəlb edilə bilər.

Üstəlik, ağacların məhv edilməsi bölgədəki ekoloji balansın pozulmasına, torpaq eroziyasına və təbii mühitin sıradan çıxmasına gətirib çıxara bilər. Meşə zolaqları torpağın münbitliyinin qorunmasında, iqlimin tənzimlənməsində və kənd təsərrüfatı məhsuldarlığında mühüm rol oynayır.

"dogruxeber.tv" olaraq məsələni diqqətdə saxlayır, aidiyyəti qurumları – Ekologiya və Təbii Sərvətlər Nazirliyini, Baş Prokurorluğun Ekoloji Cinayətlər üzrə şöbəsini və Kənd Təsərrüfatı Nazirliyini dərhal araşdırma aparmağa çağırırıq.

Eyni zamanda bildiririk ki, qarşı tərəfin – AzAqro MMC-nin və Qasımov Azər Qasım oğlunun mövqeyini dərc etməyə hazırıq. Onlar bu məsələyə münasibətlərini bildirə bilərlər.

Bu cür hallar təkcə qanunların pozulması deyil, həm də gələcək nəsillərə qarşı törədilən mənəvi cinayətdir. Təbiət bizə miras deyil, əmanətdir – bu əmanətə xəyanət edənlər isə qanun və cəmiyyət qarşısında cavab verməlidirlər.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib

Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir

Bütün xəbərlər