Azərbaycan səhiyyəsi – İflasın rəsmi tabloları və TƏBİB adlı diaqnoz

Azərbaycan səhiyyəsi uzun illərdir komaya düşüb, amma təəssüf ki, heç kim bu sistemə nə reanimasiya tədbirləri tətbiq edir, nə də “ölümünü” rəsmiləşdirir. Hələ bir zamanlar “islahat” adıyla təqdim olunan dəyişikliklər indi açıq-aşkar tənəzzülün örtüyünə çevrilib. Vətəndaş həkimə yox, probleminə pul tapmaq ümidi ilə xəstəxanaya üz tutur. Əli cibində yoxdursa, ayağı ilə evinə dönməkdən başqa çarəsi qalmır.

"dogruxeber.tv" qeyd edir ki, bu gün səhiyyə formaldır, amma funksional deyil. Təşkilati struktur var, vəsait ayrılır, həkimlər diplom daşıyır, klinikalar təmir olunur. Amma real nəticə yoxdur. Sistemin görünən adı var – TƏBİB. Əslində isə bu qurum daha çox “Təhlükəli Əlaqələr və Büdcə İstismarına Baxış” obrazını yaradır.

TƏBİB – "Tibbin Əleyhinə Birlik"

TƏBİB-in fəaliyyəti ilə bağlı ictimai narazılıq o qədər artıb ki, artıq bu qurumun adı təkcə səhiyyə ilə deyil, sistemli korrupsiya, şəffaflığın olmaması və qeyri-ixtisaslı kadrların rəsmi himayədarı kimi hallanır. Rəhbəri Vüqar Qurbanov tərəfindən xəstəxanalara təyin edilən bəzi direktor və şöbə müdirlərinin keçmişi suallar doğurur. Onların arasında elələri var ki, əvvəlki iş yerlərində ciddi nöqsanlara – rüşvət alma, səhlənkarlıq, dövlət əmlakının mənimsənilməsi və hətta məişət zorakılığına görə işdən çıxarılmış şəxslər olub.

Sual doğurur: Vüqar Qurbanov bu şəxsləri hansı üstün “keyfiyyətlərinə” görə və hansı “bacarıqlarına” əsasən vəzifəyə təyin edir? Peşəkarlığa görəmi, yoxsa şəxsi sədaqət və digər “xüsusi xidmətlərinə” görəmi?
Deyəsən, artıq xoruzun pipiyi görünməyə başlayır.

Tibbi sığorta sistemi ilə bağlı illər əvvəl verilən vədlər bugün açıq şəkildə puç olub. Vətəndaşın maaşından müntəzəm sığorta haqqı tutulur, amma real həyatda bu vəsaitin əvəzində heç bir xidmət göstərilmir. Xəstəxanada bir iynə belə pulla vurulur, analiz üçün vətəndaş ya öz cibindən ödəməlidir, ya da “tanışı” olmalıdır. Həkimlər isə buna açıq-aşkar bəraət qazandırırlar: “Tibbi ləvazimatları öz hesabımıza alırıq.”

Bu açıqlama bir neçə nəticəyə aparır:

– ya dövlətin ayırdığı milyonlarla vəsait hardasa itib,
– ya da vətəndaş bilərəkdən və sistemli şəkildə soyulur.

Hər iki halda məsuliyyət TƏBİB-in, dolayısı ilə də rəhbər şəxslərin üzərindədir.

Bir qurumun mətbuat xidməti susursa, deməli ya gizlədəcəkləri çoxdur, ya da deyəcək sözləri yoxdur. TƏBİB-in mətbuat katibi Zamirə Ədilova mətbuatla əməkdaşlığı sanki cinayət kimi qəbul edir. Sorğulara cavab verilmir, zənglərə reaksiya yoxdur. Məlumat qaranlıqdadır, şəffaflıq yoxa çıxıb. Bu cür informasiya blokadası qurumun ictimai etimadını tam şəkildə məhv edib. Sanki TƏBİB təkcə səhiyyəni yox, informasiya siyasətini də iflic vəziyyətinə salıb.

TƏBİB daxilində mətbuatla münasibətlər təkcə susdurmaqla yekunlaşmır. Qurumun media ilə əlaqələr üzrə əlaqələndiricisi kimi təqdim olunan Elnur Hidayətoğlu bəzi hallarda jurnalistləri “tərifləmə ilə yönləndirmə”, bəzən isə “taktiki susdurma” metodları ilə neytrallaşdırmağa çalışır. Halbuki vəzifəsi ictimaiyyəti məlumatlandırmaq və problemləri operativ formada təqdim etmək olmalıdır. Əvəzində isə TƏBİB özünə tənqid yönəldənləri “narahat sükut”la qarşılayır.

Nəticə: Sağlamlıq yox, sağ qalmaq savaşı

Bu gün Azərbaycan səhiyyəsi xəstədir – diaqnoz qoyulmayıb, müalicə aparılmır. Bu gün tək-tük peşəkar həkimlər sistemin içində boğulur, savadsız, məsuliyyətsiz və rüşvətə meylli şəxslər isə idarəedicilər mövqeyinə gətirilir. Səhiyyə sektoru üçün ayrılan milyonlar, təəssüf ki, hələ də xəstənin dərdinə yox, hansısa idarəçinin gəlirinə çevrilir.

Sistemə can vermək üçün ilk növbədə onu içindən zəhərləyənləri təmizləmək lazımdır. Yoxsa vətəndaş daha neçə il öz sağlamlığı uğrunda bu cür çürük sistemlə mübarizə aparmalı olacaq?

"dogruxeber.tv" olaraq vətəndaşın haqq səsini çatdırmaqda davam edəcəyik. Çünki sağlam cəmiyyət yalnız sağlam səhiyyə ilə mümkündür.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər