Qlobal maliyyə sistemi üçün həlledici an: Böhran gözlənilirmi?

Qlobal maliyyə sistemi yeni bir dönüş nöqtəsinə çatıb. ABŞ-ın başlatdığı ticarət müharibəsi və qeyri-sabit geosiyasi şərait mövcud problemləri daha da dərinləşdirə bilər.

"dogruxeber.tv"ın "Reuters"ə istinad məlumatına görə, Beynəlxalq Hesablaşmalar Bankının (BHB) istefaya gedən rəhbəri Aqustin Karstens bəyan edib ki, ABŞ-ın ticarət siyasəti və digər geosiyasi dəyişikliklər formalaşmış iqtisadi düzəni sarsıdır.

Karstensə görə, dünya iqtisadiyyatı artmış qeyri-müəyyənlik və proqnozlaşdırılmazlıq dövrünə daxil olur. Bu isə, öz növbəsində, mərkəzi banklar da daxil olmaqla, institutlara ictimai etimadı sual altına qoyur.

O, bildirib ki, artan proteksionizm və ticarətin parçalanması son onilliklərdə müşahidə olunan iqtisadi artım və məhsuldarlığın zəifləməsini daha da sürətləndirir. Bu isə, qlobal iqtisadi sistemin dayanıqlığını daha da zəiflədir.

Bundan başqa, əhali qocalması, iqlim dəyişikliyi, geosiyasi gərginliklər və təchizat zəncirindəki problemlər də iqtisadi dəyişkənliyi (volatilliyi) artırır. COVID-19 pandemiyasından sonra inflyasiyanın yüksəlməsi isə ictimaiyyətin qiymət artımlarına münasibətində uzunmüddətli dəyişikliklər yaradıb.

Artan borclar və zəif müdafiə imkanları

Tədqiqatda qeyd olunur ki, dövlət borcunun yüksək və artmaqda olan səviyyəsi faiz dərəcələrinin təsirinə qarşı maliyyə sistemini daha həssas edir və hökumətlərin yeni böhranlara cavab imkanlarını zəiflədir.

BHB-nin baş iqtisadi müşaviri Hyon Son Şin isə ABŞ dollarının bu ilin əvvəlindən bəri 10% ucuzlaşdığını və bu göstəricinin 1970-ci illərin əvvəllərində valyuta məzənnələrinin sərbəst buraxılmasından sonra ilk yarımillikdə ən böyük eniş ola biləcəyini bildirib.

O, bəzi iqtisadçıların iddia etdiyi kimi, bu tendensiyanın ABŞ aktivlərindən kütləvi çıxışın ("böyük rotasiya") başlanğıcı olduğunu təsdiqləyən sübutların olmadığını vurğulayıb. Lakin suveren fondlar və mərkəzi bankların ləng hərəkət etdiyini nəzərə alaraq, dəqiq nəticələr çıxarmağın hələ tez olduğunu da qeyd edib.

Ekspertlərdən xəbərdarlıq: Dünya iqtisadiyyatı zəifləyə bilər

"Fitch Ratings"in ABŞ üzrə iqtisadi araşdırmalar bölməsinin rəhbəri Olu Sonola hesab edir ki, prezident Donald Trampın tətbiq etdiyi yeni rüsumlar bütün ölkələrə mənfi təsir göstərəcək və bir çoxları iqtisadi tənəzzüllə üzləşəcək. O, bunun təkcə ABŞ deyil, bütün qlobal iqtisadiyyat üçün dönüş nöqtəsi olduğunu deyib.

"JPMorgan Chase"in rəhbəri Ceymi Deymon isə xəbərdarlıq edib ki, qlobal ticarət müharibəsi ABŞ iqtisadiyyatını resessiyaya sürükləyə, qiymətlərin artmasına səbəb ola və ölkənin uzunmüddətli alyanslarını zəiflədə bilər.

Son xəbərlər

Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Bütün xəbərlər