Məmur İntiqam Məmmədov iranlı tacirlə müştərək kərə yağı idxalına girişib - FOTOFAKT

dogruxeber.tv: - Ölkədə inhisarçılığın əsas səbəbi məmurların sahibkarlıqla məşğul olması ilə əlaqədardır. Əgər bu aradan qaldırılarsa, biz həm də monopoliyanın aradan qalxmasına nail olarıq ki, bu da bizim üçün çox ciddi məsələdir.

Bildiyiniz kimi, məmurların sahibkarlıqla məşğul olması qanunla qadağandır. Azərbaycan müstəqillik əldə edəndən bəri bu qanun qüvvədədir. Lakin qanundan irəli gələn tələblərə əməl olunmur. Hətta bu qanun pozuntularını məmurlar özləri də bəzən etiraf edib.

Məmur İntiqam Məmmədov iranlı tacirlə müştərək kərə yağı idxalına girişib - FOTOFAKT

Məmurların bizneslə məşğul olması ölkədəki inhisarçılıq mühitinin daha da dərinləşməsinə gətirib çıxarıb. Çünki, məmur fəaliyyəti bizneslə birləşəndə ancaq özünə yaxın və özünə aid olan şirkətlərin daha çox vəsait əldə etməsi, bazarda hegemon olması və inhisarçı olması üçün çalışır. Bu da Azərbaycanda rəqabətli mühitin sıradan çıxması ilə nəticələnir. Yəni Azərbaycanda illərdir ki, ən böyük problemlərdən biri rəqabətli mühitin olmaması, inhisarçılığın tüğyan etməsidir. Dövlət başçısı da bunu çıxışlarında deyir. Lakin bununla bağlı əməli addımlar atılmır.

Məmur İntiqam Məmmədov iranlı tacirlə müştərək kərə yağı idxalına girişib - FOTOFAKT

Biznesmen-məmurlar haqqında gundemxeber.az-ın redaksiyasına daxil olan bu məlumatlar olduqca maraqlıdır. Belə ki, haqqında bəhs edəcəyimiz məmur təxminən yeddi il bundan öncə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktor vəzifəsinə təyin olunan İntiqam Behbud oğlu Məmmədovdur. Bu vəzifəli şəxs Behzad adlı İran vətəndaşı ilə kərə yağı biznesinə girişib. Hər kəsə gün kimi aydındır ki, İranla ölkəmiz arasında bir çox gərginliklər olub və bu gün də davam edir. Münasibətlərin gərginləşməsi fonunda İran vətəndaşı olan Behzadla İntiqam Məmmədov iş birliyi qururlar. Belə ki, İran İslam Respublikasından "BUTTER" adlanan kərə yağları Behzad adlı İran vətəndaşının adına göndərilir. Göndərilən kərə yağları Azərbaycanda İntiqam Məmmədovun qızının həmtəsisçisi olduğu "BUTTER" şirkəti tərəfindən realizə edilir və milyonlarla manat civarında gəlir əldə edilir.

Azərbaycan hökuməti ilə İran hökuməti arasında münasibətlərin taraz olmadığı bir vaxtda, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktorunun İranla işbirliyinə girməsi olduqca düşündürücü və təhlükəlidir. Təsəvvür edin ki, qonşu İranın ölkəmizə qarşı etdiyi xəyanətlərə baxmayaraq, Azərbaycan məmuru böyük qazanc naminə, bu ölkə ilə işbirliyində bulunur. Belə bir qaranlıq işlərin içindən çıxan Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Behbud oğlu Məmmədovdur.

Beləcə, Behzadı ələ alaraq, ölkəmizə yağ gətirilməsini öz kurasiyasına salır. Behzada Bakıda yaşamasına şərait yaradır və onu evlə təmin edir. Bundan sonra İrandan göndərilən kərə yağları Behzadın adına rəsmiləşdirilir. Azərbaycana tonlarla gətirilən kərə yağlarının satışını təşkil etmək üçün departament direktoru İntiqam Əliyev qızının və Behzadın həmtəsisçiliyi ilə "BUTTER" adlı şirkət açır. Adıçəkilən şirkət bu işlərin təşkil olunmasında və Azərbaycanda böyük marketlərdə İrandan idxal edilən kərə yağlarının satışının həyata keçirilməsində əsas rol oynayır.

Yeri gəlmişkən xatırladaq ki, kərə yağı idxalı İntiqam Məmmədovun əl qoyduğu yeganə biznes növü deyil. İnternetdə onun topdağıtmaz sərvəti, ailə üzvlərinin avtomobil kolleksiyası, sahibkarları incitməsi barədə çoxsaylı informasiyalar vardır.//GundemXeber.Az

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər