Rusdilli məktəblər bağlanır? – Açıqlama

Qarşıdakı 3 il ərzində rusdilli məktəblərin Azərbaycandilli məktəblərlə əvəzlənəcəyi nəzərdə tutulur.

"dogruxeber.tv" xəbər verir ki, belə bir fikri təhsil eksperti Elçin Əfəndiyev səsləndirib. Bununla bağlı hələlik heç bir rəsmi məlumat yoxdur. Ekspert bu fikirləri dünən yayılan rusdilli məktəblərin bağlanacağı ilə bağlı xəbərə əsasən bildirib.

Digər təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, rus bölmələri artıq nə strateji, nə pedaqoji, nə də texnoloji baxımdan Azərbaycanın təhsil sistemində aktuallığını saxlamır:

“Bugünkü dünyada gələcəyin dili nə rus dilidir, nə də keçmişin ideoloji mirasıdır. Bizə bu gün – texnologiyanın, süni intellektin, rəqəmsal iqtisadiyyatın hökm sürdüyü bir dövrdə – Çin dili lazımdır.

Rus bölmələrinin saxlanması sadəcə keçmişə bağlılıq və inersiyadır. Amma Çin bölmələrinin yaradılması gələcəyə baxmaq, ticarət, innovasiya, enerji, mühəndislik, robot texnikası və beynəlxalq əməkdaşlıq üçün qapı açmaqdır. 2023-cü ildə dünyanın ən çox danışılan dili Çin dili olub. Çin bu gün dünya texnologiya bazarının 28%-nə sahibdir. Azərbaycan isə bu bazardan pay almaq istəyirsə, təhsil sistemini yenidən qurmalı, rus deyil, Çin yönlü strateji model qurmalıdır”.

K. Əsədov bildirib ki, rus bölmələrinin yerini Çin bölmələri tutmalıdı:

“Çünki biri keçmişin yadigarıdır, digəri gələcəyin açarı. Bu sadəcə dil məsələsi deyil — bu, strateji seçimdir. Texnologiya dövründə rus dilinə deyil, Çin dilinə investisiya etməliyik.

Gələcəyin bazarı Şərqdədir. Qərbi imitasiya edib Şərqi unudanlar gələcəyi itirir.

Çin dili bölmələri açın, rus bölmələrini tarixə yollayın. Çünki gələcək, keçmişin deyil, dəyişimin tərəfindədir”.//tribunainfo.az

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər