gundem / sosial / Təhsil / Cəmiyyət
19.07.2025
Uşaq psixologiyasını pozan məktəb hazırlıqları
“Uşağın beyni kompüter deyil ki, bir gündə hər şeyi yükləyək” – bu cümləni psixoloqlar tez-tez deyirlər. Amma reallıq tamam fərqlidir. Azərbaycanda uşaq bağçadan çıxmamış testlərlə tanış olur, 4 yaşında repetitor yanına gedir, 5 yaşında “məktəbəqədər hazırlıq” deyilən sistemin içində sıxılır.
“dogruxeber.tv”ın müşahidələrinə görə, son illərdə valideynlər övladlarını məktəbə daha tez və daha yüksək səviyyədə hazırlamaq istəyirlər. Bunun üçün də xüsusi kurslar, fərdi müəllimlər, gündəlik “ev tapşırıqları” ilə dolu proqramlar seçilir. Bəzi ailələr hətta uşaq psixikasını nəzərə almadan onlara yükləmə aparır, “uşağım digərindən geri qalmasın” deyə yarışa girirlər.
Bu vəziyyət uşaqların psixoloji vəziyyətinə ciddi təsir edir. Yuxusuzluq, özgüvənin azalması, emosional gərginlik, qorxu hissi, özünüqəbul etməmək kimi problemlər artıq 5-6 yaşlılarda görünməyə başlayır. Uşaq sadəcə məktəbə getmək üçün yox, yaşına uyğun oyun oynamaq, sosiallaşmaq və istirahət etmək üçün də zamana ehtiyac duyur.
“dogruxeber.tv” bu tendensiyanın arxasında duran səbəbləri araşdırır və mütəxəssislərlə birlikdə valideynlərə balanslı yanaşma çağırışı edir. Məktəbə hazırlıq vacibdir, amma bu hazırlıq uşaq psixikasının əleyhinə çevrilməməlidir.


