Evdə ev heyvanı saxlayanlar üçün yay tövsiyələri

Yay mövsümü təkcə insanlar üçün deyil, ev heyvanları üçün də müəyyən risklər və narahatlıqlar yaradır. Havanın kəskin istiləşməsi, gigiyenik problemlər və infeksion risklər həm itlər, həm pişiklər, həm də qəfəslərdə saxlanılan heyvanların sağlamlığına mənfi təsir göstərə bilər. Buna görə də yay aylarında ev heyvanlarının sağlamlığını qorumaq üçün bəzi sadə, lakin vacib tədbirlər görülməlidir.

Veterinarların “dogruxeber.tv”a bildirdiyinə görə, yay aylarında ev heyvanlarında ən çox rast gəlinən problemlərdən biri bədən temperaturunun yüksəlməsidir. Xüsusilə uzun tüklü heyvanlar havalandırılmayan, qapalı məkanlarda saxlanıldıqda bədənlərində artıq istilik yığıla bilər ki, bu da halsızlıq, iştahasızlıq və hətta huşun itməsi ilə nəticələnə bilər.

Heyvan sahiblərinin diqqət etməli olduğu əsas məsələlər bunlardır:

Təmiz və sərin suyun daim əlçatan olması: Heyvanlar da insanlar kimi isti havalarda susuz qala bilməz. Su qabları gündə bir neçə dəfə dəyişdirilməli və günəş şüalarından uzaq yerlərdə saxlanmalıdır.

Birbaşa gün altında gəzinti məhdudlaşdırılmalıdır: Xüsusilə saat 11:00-dan 17:00-a qədər olan dövrdə heyvanları gün altında gəzdirmək tövsiyə edilmir.

Tüklü heyvanların baxımı: Bəzi cinslərdə yay aylarında tüklərin qırxılması və ya seyrəldilməsi tövsiyə olunur. Lakin bu, heyvanın cinsinə və dərisinin quruluşuna uyğun şəkildə aparılmalıdır.

Parazitlərə qarşı qoruma: Yay aylarında gənə, biti, pire və digər parazitlərin aktivliyi artır. Ev heyvanlarına mütəmadi olaraq baytarlıq nəzarəti altında dərman preparatları verilməlidir.

Qidalanma rejiminə diqqət: İsti havalarda heyvanların iştahı azala bilər. Bu zaman onların sevdiyi, lakin yüngül və tez həzm olunan yeməklərlə qidalanması daha məqsədəuyğundur.

Kondisioner və ventilyator istifadəsində ehtiyatlılıq: Birbaşa soyuq hava axını heyvanın xəstələnməsinə səbəb ola bilər. Sərinləmə təmin olunmalıdır, lakin bu, tədricən və mülayim şəkildə həyata keçirilməlidir.

dogruxeber.tv” qeyd edir ki, yay aylarında həm şəhər, həm də kənd mühitində ev heyvanlarının sağlamlığını qorumaq üçün əsas yük sahibin üzərinə düşür. Heyvanın davranışında qəfil dəyişiklik, iştahasızlıq, tez nəfəsalma və ya halsızlıq müşahidə olunarsa, baytarlıq müdaxiləsi təxirə salınmamalıdır.

Oxunub: 311

Son xəbərlər

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Bütün xəbərlər