Bir ildə iki ölüm:Təsadüf,həkim səhlənkarlığı,yoxsa NAŞILIQ?

dogruxeber.tv: - ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova bir müddət öncə öz instaqram hesabında Azərbaycanda saxta plastik-cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı paylaşım .Bundan sonra Səhiyyə Nazirliyi, Baş Prokurorluq, DİN və Təhsil Nazirliyindən ibarət Xüsusi Təftiş Komissiyası yaradıldı.Məlum oldu ki, komissiyaya müraciət edən 82 estetik cərrahdan yalnız 42-sinə fəaliyyətə rəsmi icazə alıb. Qalan 40-a yaxın çox, ya az tanınmış cərrah isə gözlənilmədən siyahıdan kənarda qalıb.Müvafiq qanunvericiliyə görə siyahıda yer almayan şəxsin plastik cərrah kimi təqdim olunması və bu adla pasiyent qəbul etməsi qanunsuzdur və məsuliyyətə səbəb olur.Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilir ki, “Kosmetoloji və plastik cərrahi xidmət göstərən tibb müəssisələrinin bu fəaliyyət üçün xüsusi lisenziyası, orada çalışan həkimlərin isə müvafiq sertifikatı olmalıdır.Çox təəsüflər olsun ki,Səhiyyə Nazirliyi, Baş Prokurorluq, DİN və Təhsil Nazirliyindən ibarət Xüsusi Təftiş Komissiyasınin qərarına baxmayaraq bəzi klinikalarda lisenziyasız və sertifikatsız həkimlərin tibbi praktiki fəaliyyətinə rast gəlinir.Bəzən də sertifikatsız fəaliyyət göstərən həkimlərin apardıqları əməliyyat ölümə səbəb olur.Belə uğursuz əməliyyatlardan biri də bu ilin avqust ayının 15 də “Etalon" hospitalda baş verib. Belı ki məşhur kouç (şəxsi inkişaf mütəxəssisi - red.) və tanınmış psixoloq Nilufər Abdulla plastik əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və vəfat edib.Xəbər portalarında, sosial mediada yayılan xəbərlərda Nilufər Abdullanın estetik əməliyyatının “Etalon" hospitalda hansı həkim tərəfindən həyata keçrilməsi haqda heç bir məlumata rast gəlinmir.Etibarlı mənbədən Mediatv.az-a verilən məlumata görə Nilufər Abdullanın estetik əməliyyatını Səhiyyə Nazirliyi tərəfindən sertifikatı ləvğ olunmuş Seymur Məmmədov tərəfindən icra edilib.Rəhmətə getmiş 1989-cu il təvəllüdlü Nilufər Abdulla 3 uşaq anasıdır.

Bir ildə iki ölüm:Təsadüf,həkim səhlənkarlığı,yoxsa NAŞILIQ?

Bu ölüm hadisəsi Seymur Məmmədov tərəfindən həyata keçrilmiş estetik əməliyyatdan sonra ikincidir.Mətbuatda yayılmış xəbərə görə hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. 1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.Rəhmətə getmiş Pərvanə Mirzəyeva bir uşaq anasıdır.

Bir ildə iki ölüm:Təsadüf,həkim səhlənkarlığı,yoxsa NAŞILIQ?

Onun bu ilin fevralın 27-də Bakı şəhərində yerləşən “Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilir.Əməliyyatı “Etalon hospital”ında plastik cərrahı Seymur Məmmədov edib.
İnternet üzərindən araşdırma apararkən “Etalon" hospitalda Türkiyə vətəndaşı olan azərbaycanlı tanınmış aktrisa Natavan Gümetində çətinliklə üzləşdiyinə rast gəldik.Belə ki, bu il iyulun 7-də Bakı şəhəri, Yeni Yasamalda yerləşən Etalon Hospitalda liposaksiya əməliyyatı keçirib.

Bir ildə iki ölüm:Təsadüf,həkim səhlənkarlığı,yoxsa NAŞILIQ?

Məlumata görə, o, əməliyyatdan əvvəl tibbi yoxlamalar zamanı ciddi səhlənkarlıqla qarşılaşıb. Belə ki, iki həyati vacib müayinə – damar dopleri və qarın boşluğu USM – ümumiyyətlə aparılmayıb.Yayılan məlumata əsasən, bu cür kobud səhlənkarlıq aktrisanın həyatı üçün birbaşa təhlükə yaradıb. Damar dopleri analizi qan damarlarında tromb riskini üzə çıxarmaq üçündür və trombun ani ölümə səbəb ola biləcəyi tibbdə çox yaxşı bilinir. Liposaksiya əməliyyatdan sonra tanınmış aktrisanın səhhətində ağırlaşmalar baş verib. Qarın boşluğunda mütəmadi olaraq maye toplanır. Aktrisa bu vəziyyətdə İstanbula qayıda bilmədiyi üçün planlaşdırdığı səfəri təxirə salmaq məcburiyyətində qalıb.Bir ildə “Etalon" hospitalda iki ölüm hadisəsinin baş verməsi adi bir hal deyil.İlkin olaraq demək olar ki,bu ya həkim səhlənkarlığı,ya da ki təcrübəsizlikdir.Ölüm hadisələrinin hansı səbəbdən baş verdiyinə hüquqi qiyməti aidiyyatı qurumlar verəcək.

Mövzu diqqətimizdədir.//Mediatv.az

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər