gundem / dunya / maraqli
20.08.2025, 10:45
Qədim qadın sivilizasiyalarının izləri: Anaerkillikdən gələn unudulmuş güc
“dogruxeber.tv” beynəlxalq arxeoloji və antropoloji tədqiqatlara əsaslanaraq bildirir ki, dünyada tarixdən silinmiş bir neçə qadın mədəniyyəti olub. Bu sivilizasiyalar anaerkil prinsiplərlə idarə olunub, yəni rəhbərlik, hüquq və sosial qaydalar qadınların əlində idi. Uzun müddət kişi-dominant tarix anlayışı bu cəmiyyətlərin varlığını gizlədirsə də, son 10 ildə tapılan arxeoloji kəşflər bu mifləri alt-üst edir.
Şərqi Avropada, Balkan yarımadasında və Qafqaz ətrafında aparılan qazıntılar, tarixi sənədlər və qədim yazılar, qadınların ibadət yerləri, onların ritualları və siyasi nüfuzlarını sübut edir. Ən maraqlısı isə bu sivilizasiyaların torpaq, təbiət və ulduzlara olan mistik əlaqələri idi — bu, qadın enerjisinin həm sosial, həm də kozmik səviyyədə idarə olunduğunu göstərir.
“dogruxeber.tv” xəbər verir ki, bu sivilizasiyalar uzun müddət niyə unudulub? Bəzi alimlər hesab edir ki, yeni kişisəl hakimiyyət quruluşları və patriarxal sistemlər bu qadın mədəniyyətlərini rədd edib, izlərini silmək üçün tarixi sənədləri və arxeoloji tapıntıları qəsdən məhv edib.
Ancaq bügünkü araşdırmalar, qədim əfsanələr və yeni tapıntılar göstərir ki, qadınların hakimiyyəti dövründə elə inkişaf etmiş sosial sistemlər, təbiətlə harmoniya və mədəniyyətlər mövcud olub ki, bəlkə də insanlıq tarixini yenidən yazmaq vaxtıdır.

