Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // XXV hissə

(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “ HİKMƏT XƏZİNƏSİ” və “ HİCRANNAMƏ “ əsərləri haqqında düşüncələrim.)

İYİRMİ BEŞİNCİ HİSSƏ


Hissə: 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22 > 23 > 24
Göründüyü kimi Xalidə Hicran bu poetik nümunəsində çox ciddi və dərin məsələlərə toxunmuş , düşünmək üçün qarşımızda geniş üfüqlər açmışdır. Odur ki, şair “ Oyandıqca ki, qəflətdən hər an bir sirr açıram” deyərək yazır:

Hər əzamla xəbər tutdum, nələr bəxş etmişsən sən,
Nələr gördüm, nələr duydum, - sirr önündə naçaram.

Qeyd etdiyimiz kimi “ Hicrannamə”də 190- dan çox qəzəl verilmişdir. Bu qəzəlləri diqqətlə oxuduqca nəinki özünün ənənələrinə sadiq qalan istedadlı bir şairin qəzəl janrında yazdığı nümunələrin heyranına çevrilir, eyni zamanda çox düşündürücü və maraqlı bir faktla üz-üzə dayanırıq. Bu nədir? Biz indiyə qədər oxuduqlarımıza əsasən Xalidə Hicranı düşündürücü şeirlər müəllifi , mütəfəkkir bir şair kimi tanıyırıq. “ Hikmət xəzinəsi” kitabının hər bir cildində biz bunun şahidi olmuşuq. Ordakı nəsihətlər, hikmətli beytlər, dərin və mənalı fikirlər oxucuların yaddaşına əbədi həkk olunmuşdu. Amma “ Hicrannamə”ni oxuduqca biz burda başqa bir Xalidə Hicranla qarşılaşırıq. Gözlərimiz önündə öz sevgisi, məhəbbəti, istəyi uğrunda hər əzaba qatlaşan, bütün dünyası ilə sevməyi bacaran, lakin vaxtsız itirmiş sevgilisinin – ömür- gün yoldaşının ayrılığına çox çətinliklə dözən fədakar bir Azərbaycnlı qadının qüdrətli obrazı canlanır. Biz burda müəllifin simasında sevginin özünü görürük. Həqiqi sevginin, təmiz, ülvi, pak bir məhəbbətin necə olduğunu görürük. Görürük və dərk edirik. Bu dünənin, tarixə çevrilmiş bir günün sevgisi deyil, bu günümüzün, yaşadığımız real həytın, 21- ci əsrimizin sevgisidir. Bu, Xalidə Hicran sevgisidir. Əgər Xalidə xanım bir şair olaraq “ Hikmət xəzinəsi” kitablarındakı öz gözəl şeirləri, hikmətli beytlari, nəsihətləri ilə oxucularının sevimlisinə, dostuna cevrilmişdirsə, burda- “Hicrannamə” əsərində isə öz sevgisi, etibarı, sədaqəti, vəfası və ləyaqəti ilə insanların qəlbində əbədi yer alır. Onun ayrılıqdan, həsrətdən axan acı göz yaşları, kədərli, qəmli nəğmələri zəiflikdən, acizlikdən, hisslərinin əsirinə çevrilməkdən deyil, Ulu Tnrının sevimli bəndəsinə bəxş etdiyi təmiz sevginin, məhəbbətin təzahüründən, onun yanğısındandır:

Səni sənsiz yaşamaq tərki- sahan etdi məni,
Bunu danmaq nə demək, qəlb evi qan etdi məni.

***
Necə qıydın bu canım bir belə möhnətə qala?
Üzügülməz, gözüyaş, dildə fəğan etdi məni.

***
Elə əsirdi səba həsrəti könlüm evinə,
Üşüdüm yayda, bu qəm qəlbiborn etdi məni,

***
Nədir, ey sevgili yar, ayrı düşən yarın halı?
Bu cəhənnəm əzabı çox pərişan etdi məni.

***
Eləmir rəhmi mənə, Rəbbimə çatmirmı ünüm?
Ürəyim qəm evidir, dərdə məkan etdi məni.

***
Vermədi Xalidə Hicrna ki, macal yarı görə,
Qəm əkib qəlbimə, o, qəlbi kaman etdi məni.

Xalidə Hicran insan sevgisini, insan məhəbbətini elə yüksək zirvələrə qaldırır, elə dəyərləndirir və tərənnüm edir ki, bəzən özü də bilmədən bunu İlahi bir sevgi səviyyəsinə qədər yüksəldir:

O minarə boyunun olmuşam heyranı əzəl,
Səsinə-sanki azan dinləmişəm, can demişəm.

***
Sənə eşqim, salıb Allah nəzərinən məni, yar,
Axı, səndən əzəl Allahıma sultan demişəm.

***
Bilirəm ki, niyə artır əzabim, qüssə- qəməm,
Səni ondan ötə sevdim deyə, hədyan demişəm.

Xalidə Hicran lirik qəhrəmanlarının daxili aləmini, hiss və həyəcanlarını , arzu və istəklərini, ağrı-acılarını elə ustalıqla, elə məharətlə açıb göstərir ki, oxucu istər-istəməz o anlama gəlir ki,müəllifin özü mütləq bu hissləri yaşamışdir. Təbii ki, hər beytdə, hər misrada şairin özünün ürək döyüntüləri, özünün keçirdiyi dərin iztirablar aydın hiss olunur. Həqiqətən də, əgər bu,bir tərəfdən şairin özünün sevən aşiqinin dili ilə bəyan edilir,söylənilirsə, onun əzab və iztirabları verilirsə, eyni zamanda biz bu əzab və iztirablarda , ağrı-acılarda Xalidə Hicranın özünü görürük.Burda Xalidə Hicran bir müəllif və bir şair kimi deyil, dünyanın heç bir var-dövlıtinə, heç bir naz-nemətinə məhəl qoymayan,öz təmiz eşqi , məhəbbəti, sevgisi yolunda hər əziyyətə qatlaşan, mənən zəngin, təmiz və pak bir Azərbaycan Türk qadınının müsbət obrazı kimi gözlərimiz önündə canlanır, əl çatmaz, yüksək zirvələrə ucalır. Şair yazır:

Hər bir insanda gərək eşqə sədaqət də ola,
Əhdini pozmya,həm sevgiyə hörmət də ola.

***
Nə qədər zatı qırıq, qeyrəti kəm olsa belə,
Yenə sevdası üçün bir tikə qeyrət də ola.

***
Elə dünyaya düşübdür gözlərin, yoxdu vəfa,
Olsa da əhdi dönük dünyaya nisbətdə ola.

***
Kimə zülm oldu vəfa, kim bilərək etdi cəfa,
Kim əzab çəksə, dilər,eşqi təravətdə ola.

Xalidə Hicran qəzəl yaradıcılığının əsas mövzusu məhəbbətdir. Və Xalidə xanım qəzəllərdə bu məhəbbəti elə yüksək bir səviyyəyə qaldırır və tərənnüm edir ki, insan belə bir sevgiyə səcdə edir, onun ən ali bir dəyər olduğu anlamına gəlir. Sanki bu təmiz, saf, ülvi mənəbbət İlahi bir sevgi obrazına çevrilir.Sanki bir sevgi məbədinə, təmiz hiss və duyğulardan hörülmüş büllur bir saraya çevrilir.
Xlidə Hicranın svgisi öz dəyərinə , məna və çalarlarına görə insanlığa şərəf gətirir, onu daha da yüksəldir və cənab Allahın bəxş etdiyi ucalığa qədər yüksəldir,Bəzən şairin bu cür İlahi məhəbbətlə sevən lirik qəhrəmanları böyük Füzulinin Leylisi, Məcnunu ilə müqyayisə olunur. Mən deyərdim bu İlahi sevgi Xalidə xanımın öz sevgisi, öz məhəbbətidir.

Düşərək damcı qədər qəlbimə hicran, nə edim,
Başımın üstə çəkər xəncəri hər an, nə edim ?

***
Oxumur bağçada bülbül, ürəyim qan edir,
Saralıb güllü çəmən, qalmadı səhman, nə edim?

***
Çəkərək ahı könül xar oluban, söylə, təbib,
Bu solan bağça – bağı aldısa tufan, nə edim?

***
Eyləmə yarıma tənə ki, gəzir yenə də a dost,
Mən sədaqət quluyam, razıyam ondan, nə edim?

***
Yenə Hicranı anıb, Xalidə tüğyan eyləyir,
Bir ömür çəkdi qəmi, keçdi bu dövran, nə edim?

Bilindiyi kimi qəzəl ərəb ədəbiyyatında yaranmış Yaxın və Orta Şərq, Cənub Şərqi Asiya və Azərbaycanda geniş yayılmış, ədəb, eşq və məhəbbəti tərənnüm edən bir ədəbi janrdır. Əruz vəzninin müxtəlif bəhrlərində yazılan qəzəldə adətən ərəb və fars sözlərindən geniş istifadə olunur. Təəssüf ki, bu bizdə də belədir. Klassik ədəbi irsimizdən tutmuş bu günümüzə qədər qəzəl yazan şairlərimiz bu bəladan qurtara bilməyib və mənə ələ gəlir ki, bu əcnəbi sözləri işlətməkdən bəzən qürur duymuş və bunu savadlı olmğın nümunəsi kimi qiymətləndirmişlər. Amma mənə ələ gəlir ki, burda fəxr edləsi və qürur duyulası heç nə toxdur. Niyə oxucu öz doğma dilində yazılmış şeirləri, deyək ki, konkret olaraq qəzəlləri ərəb-fars sözləri və beytləri ilə oxumağa məcbur olmalıdır? Niyə? Ona görə ki, şairlərimiz istifadə etdikləri o əcnəbi sözləri öz doğma dilində işlətmək və ya onları öz sözlərimizlə əvəz etmək gücündə deyillər? Yoxsa bunun başqa br səbəbi var ? Yoxsa ərəb ədəbiyyatında yaranmış bir janrda bizim Azərbaycan türkcəsində yazmaq mümkün deyl? Mən burda kimisə suçlamaq və ya tənqid etmək fikrində deyiləm, sadəcə öz fikir və düşüncələrimi oxucularımızla bölüşmək istəyirəm.
Xalidə Hicran 30 ilə yaxındır ki, Ərəbistanda yaşayır və digər xarlcl dillər kimi ərəb dilini də gözəl bilir. Amma o heç vaxt yerli- yersiz, nəyinsə xatirinə, lap elə qəzəllərin özündə belə bacardıqca ərəb-fars sözlərindən istifadə etmir. Klassik irsimizi uğurla yaşadan Xalidə Hicran sırf Azərbaycan türkcəsində olduqca gözəl , dilə və ürəyə yatımlı qəzəllər yazmaqla nəinki bunun mümkün olduğunu ortaya qoydu, həm də sübut etdi ki, istədikdə və bacardıqda ərəb-fars sözlərindən istifadə etmədən də gözəl nümunələr yaratmaq olar.

Sevənin qəlbinə hakim olacaq yar bir olar,
Bağlayar darvazasın, eşqi ona zəncir olar.

***
Yanan atəş nə üçün özgədə od- köz arasın?
Sevən aşiq od arar, əğyar üçün tədbir olar.

***
Bağa girmişsə ürək , ətrini sevməzmi gülün?
Sevəcək hər gülü, tək seçdiyi gül bir sirr olar.

***
Ürəyin hakimi varsa , ona olsun güvənin,
Fələyin min üzü var, qəmlə fələk əlbir olar.

***
Qurulub yarıma könlümdə nə şahanə saray,
Xalidə Hcrana tac eşq, bəzəyi ləl, dürr olar.

Xalidə Hicran başqa bir qəzəlində yazır:

Öz eşqinə aşiq ki, sevən bir könül istər,
Gülzardə bülbül,necə tək bircə gül istər.

***
Sevdaya düşən qəlbimə hicran eylıyib zülm,
Aşiqsə könül, çəkdiyi zülmə ödül istər.

***
Tən eyləmə yarə ki, mənim qəsdimə düşmüş,
Könlüm inanıb sevməyə möhkəm özəl istər.

***
Yazdıqca yanır Xalidə Hicran qələmiylə,
Sönməkdə olan köz də ocaqlarda kül istər.

Hər iki qəzəl o qədər gözəl, aydın və rəvan yazılmışdir ki, onları şərh etməyə, çözələməyə əsla ehtiyac görmürəm. Budur istedadın, bacarığın, öz dilinə, sənətinə, ədəbiyyatına olan sevginin, istəyin, hörmətin uğurlu nəticəsi... Bu, həm də bir şairin, ziyalının öz vətəninə, onun milli sənətinə olan sevgisinin təntənəsidir.
Burda bir məsələni qeyd etmək istəyirəm ki, Xalidə Hicranın 18-ci əsrin axırları, 19 –cu əsrin əvvəllərində yazıb- yaratmış klassik Azərbaycan ədəbiyytının nümayəndəsi Heyran xanımla həyat və yaradıcılıq oxşarlığı vardır. Heyran xanım ailə münaqişələri və bəzi başqa səbəblərdən Təbrizə köçmək məcburiyyətində qalmış,omrünün sonuna kimi tək-tənha, əzab və iztirablar içərisində yaşamağa məhkum olunmuşdur. Məhz bunun nəticəsidir ki, onun qəzəl yaradıcılığının əksəriyyəti ayrılıq dərdinə, hicran aləminə, vüsal həsrətinə və.s. həsr olunmuşdur. Xalidə Hicran da xaricdə sevimli həyat yoldaşını itirəndən sonra eyni aqibəti və eyni taleyi yaşamışdır. Biri 19-cu, o biri 21-ci əsrdə...Hər ikisi ərəb və fars dillərini gözəl bilirdi. Eyni taleyi və eyni ağrı-acıları yaşayan hər iki sənətkarın oxşar cəhətləri çox olduğu kimi yaradıcılıq movzuları da , demək olar ki, eyni idi. Heyran xanım “Ayrılıq dərdi məni saldı ayaqdan yarım” qəzəlində yazır:

Ayrılıq dərdi məni saldı ayaqda yarım,
Etməyə bu dili – pürdərdimə dərman, gəliri.

***
Əsibən badi- səba zülfi – siyahın dağıdıb,
Mehr tək mah üzü oldu dirəxşan, gəliri.

***
Qaməti sərvi- səhi, zülfi kəməndi-dili can,
Üzü gül, qaşı kaman, kirpiyi peykan , gəliri.

***
Çün təbəssümlə olub ləl-ləbi dürrəxşan,
Səhni - gülzar olub gülləri xəndan gəliri.

***
Gər yetişsən o sənin xidmətinə, dön başına,
Elə Heyran, canuvi sən ona qurban gəliri.


Və yaxud:

Əsiri- möhnəti- hicran mənəm, mən,
Qəribi zaru sərgərdan mənəm, mən.

***
O gülzarı vüsalından uzaqda,
Çün bülbül ruzi şəb nalan mənəm, mən

***
Sənin hicran ilə cu şəmsi- təban,
Bülbül tək daima giryan mənəm, mən.

***
Əsiri zülfün içrə yox, mənim tək,
Sədaqətlə sənə qurban mənəm, mən.

***
Qanıma təşnəsən, sən ey sitəmkar,
Üzünə valehi heyran mənəm, mən.


Xalidə Hicran isə yazır:


Gəlsən geri, könlüm dinə- imanə gələr,
Ruhum qayıdar, bir də dönüb canə gələr,

***
Ya Rəbb, sevən aşiq niyə dərd içrə düşər?
Gizli axar göz yaşı, yenə leysanə gələr.

***
Üst-üstə qalaqlandı qəmim, soldu üzüm,
Gəlməzsən əgər, kim mənə dərmanə gələr?

***
Ey Xalidə Hicran, fələyin zülmü böyük,
Hicranla gələn eşq dönər hicranə gələr.

Və yaxud:


Sevdim ki, könül şad ola, amma betər oldu,
Əğyar elə zənn etdi, sevib bəxtəvər oldu,

***
Pərvanəyə döndüm dolanıb başına yarın,
Yandım oda, heç bilmədi yar, bixəbər oldu.

***
Düşdüm necə atəşlərə,ahım göyə qalxdı,
Şamdan betər odlandı könül, küldən betər oldu.

***
Eşqim sənə qurbam eylədi qəlbimi,ey yar,
Bülbül gül üçün nalə çəkib dərbədər oldu.

***
Gəl, Xalidə Hicran bilir eşqin nədi misli,
Sevməkdə onun qisməti qəmlə kədər oldu.

Son xəbərlər

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Neftimiz neçəyə satılır?

Kanada ilə ABŞ arasında 4,5 milyard dollarlıq körpü istifadəyə verildi

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

Bütün xəbərlər