Algoritmlərin diktəsi: Bəyəndiklərimiz bizim seçimimiz deyil

Rəqəmsal platformalar son on ildə insan davranışlarını formalaşdıran ən güclü vasitələrdən birinə çevrilib. Sosial media, axtarış sistemləri və alış-veriş saytları fərdi maraqları izləyərək istifadəçiyə uyğun məzmunlar təqdim edir. Əvvəllər seçim insanın öz ixtiyarında olduğu halda, bu gün algoritmlər onun yerinə qərar verir.

dogruxeber.tv” yazır ki, insanlar sosial mediada qarşılarına çıxan məzmunların öz zövqlərinin əksi olduğunu düşünsə də, əslində bu zövq uzun müddət ərzində texnoloji platformalar tərəfindən formalaşdırılır və yönləndirilir.

İzlədikcə daha çox oxşar məzmunun təqdim edilməsi, alış-veriş etdikcə oxşar məhsulların təklifi və informasiyalara baxdıqca yalnız eyni baxış bucağının təkrarlanması bir müddət sonra istifadəçini tək-tərəfli düşünmə rejiminə salır.

dogruxeber.tv” əməkdaşlarının apardığı araşdırmalara əsasən, insanlar öz maraqları və seçimləri ilə uyğun gəlməyən məlumatlara daha az rast gəlir və fərqli fikirlərlə qarşılaşmaq imkanları xeyli məhdudlaşır. Bu isə informasiya azadlığı görüntüsü altında məlumat manipulyasiyası və düşüncə məhdudlaşdırılması riskini artırır.

Algoritmlər yalnız texniki vasitə deyil, həm də sosial və ideoloji təsir alətidir. Kim nə izləyir, nə oxuyur, nə alır və nəyi “bəyənir” – artıq fərdi seçim kimi deyil, texnoloji təkliflərin nəticəsi kimi baş verir. İnsanlar özlərini sərbəst hesab etsə də, onlar görünməyən kodlar vasitəsilə davranış modellərinə uyğunlaşdırılır. Platformalar üçün məqsəd istifadəçinin diqqətini maksimum müddətdə saxlamaq və reklam gəlirini artırmaqdır. Bu məqsəd naminə isə insanın gerçək maraqlarından çox onun asanlıqla yönləndirilə bilən vərdişləri əsas götürülür.

Məhz bu səbəbdən fərdi seçim azadlığı anlayışı yenidən düşünülməlidir. Çünki bəyəndiklərimiz bəzən bizə bəyənməli olduğumuz kimi göstərilir. İnsan davranışları və maraqları texnologiyanın obyektiv deyil, ticarət yönümlü sistemlərinə tabe olduqca, seçim deyilən anlayış da tədricən öz mahiyyətini itirir.

Son xəbərlər

Neft yenidən bahalaşdı

Sabiq deputat, YAP İdarə Heyətinin üzvü işsiz qalıb - İLGİNC

Yaponiyada güclü zəlzələ 13 can aldı

Texnologiya dünyasında şok hadisə: Süni intellekt nəzarətdən çıxdı?

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Azərbaycanda güllələnmə: Bir nəfər öldü

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bütün xəbərlər