Kişilər ağlamazmı?: Emosional təzyiqin kişilərdə psixi sağlamlığa təsiri

Uzun illərdir cəmiyyətlərdə kişilərə yönəlik formalaşmış ənənəvi gender rolları onların emosional ifadəsini məhdudlaşdırır. “Güclü ol”, “ağlama”, “zəiflik göstərmə” kimi ifadələr uşaq yaşlarından oğlanların yaddaşına yazılır və bu qaydalar onların böyüdükcə daxili aləmlərini gizlətmək vərdişi yaratmasına səbəb olur.

dogruxeber.tv” bildirir ki, bu sosial gözləntilər nəticəsində bir çox kişi duyğularını ifadə etməyi zəiflik kimi qəbul edir və illərlə içində yığdığı stres, qorxu, depressiya və narahatlıqları danışmadan, paylaşmadan yaşayır.

Cəmiyyətdə kişilərdən emosional dayanıqlıq gözlənilir, lakin bu dayanıqlıq çox zaman özünü emosional susqunluq və içəqapanma ilə göstərir. Ailə, iş və sosial çevrə daxilində yaranan psixoloji yüklər zamanla dərinləşərək psixosomatik problemlərə, aqressiyaya, izolyasiyaya və depressiv hallara yol açır.

dogruxeber.tv” redaksiyasına danışan psixoloqlar vurğulayırlar ki, kişilər psixoloji yardım almaqda da tərəddüd edir, çünki bu da zəiflik kimi qəbul edilir. Nəticədə problemin kökündə duran emosional yüklənmə zamanla daha ciddi psixi pozuntulara çevrilə bilir.

Bu susqunluq halı ailədaxili münasibətlərə də sirayət edir. Emosional açıqlıqdan uzaq olan kişilər, eyni zamanda ata, ər və oğul rollarında da duyğusal məsafə yaradır və bu məsafə münasibətlərin dərinliyinə mane olur. Uşaqlarına nümunə olan ata modelində də eyni “duyğusuz güc” obrazı təkrar istehsal olunur. Beləliklə, bu psixoloji miras nəsildən-nəslə ötürülür və kişi emosionallığının boğulması bir normal hal kimi qəbul edilməyə davam edir.

Bu paradoksal vəziyyətdən çıxış üçün cəmiyyətin kişi duyğusallığına baxışında dəyişiklik baş verməlidir. Emosional zənginlik və özünü ifadə bacarığı zəiflik deyil, əksinə, daxili gücün göstəricisidir. Sağlam psixi vəziyyətin təmin olunması üçün kişilərin hisslərini ifadə etməsinə şərait yaradılmalı, kişilik anlayışı yalnız fiziki və sosial güclə deyil, həm də psixoloji dayanıqlılıq və dürüst emosional münasibətlə ölçülməlidir.

Oxunub: 224

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər