İnformasiya bolluğunda savadsızlıq: Sosial şəbəkələrin tənqidsiz auditoriyası

İnformasiya əsrində yaşadığımız iddia olunur. Hər gün milyonlarla məlumat internetə yüklənir, sosial platformalar vasitəsilə paylaşılır, yayımlanır və ötürülür. Bu görünməmiş axın bəşəriyyətin tarixdə heç vaxt qarşılaşmadığı bir zənginlik kimi təqdim edilir. Lakin bu bolluq arxasında fərqli bir böhran gizlənir – kritik düşüncə çatışmazlığı və tənqidi yanaşmanın zəifliyi.

dogruxeber.tv” yazır ki, informasiya istehsalının bu qədər çox olduğu dövrdə məlumatı süzgəcdən keçirmə bacarığı gündən-günə zəifləyir və geniş kütlələr sosial mediada yayılan hər fikri, xəbəri və görüntünü sorğulamadan qəbul etməyə meyllidir.

Məsələ ondadır ki, məlumatın çoxluğu avtomatik olaraq maariflənmə yaratmır. Əksinə, bu həddindən artıq axın fərdi dəyərsizləşdirir, fikri yayındırır və insanı reallıqdan uzaqlaşdırır.

dogruxeber.tv” əməkdaşlarının müşahidələrinə əsasən, sosial şəbəkə istifadəçilərinin böyük bir hissəsi yayılan məlumatın mənbəyinə, obyektivliyinə, məqsədinə və təsirinə fikir vermədən onu ya paylaşır, ya da mövqe bildirir. Bu isə saxta xəbərlərin, manipulyativ fikirlərin və emosional yönlü çağırışların geniş yayılmasına şərait yaradır.

Sosial şəbəkə platformaları hər kəsi həm informasiya istehsalçısına, həm də auditoriyaya çevirib. Lakin bu çevrilmə ilə yanaşı, məsuliyyət anlayışı formalaşmayıb. Milyonlarla insanın gündəlik məlumat mənbəyi statusu qazanan bu platformalarda çox az istifadəçi paylaşdığı və ya oxuduğu informasiyanın doğruluğunu yoxlayır. Beləliklə, sosial media əksər hallarda tənqidi yox, emosional yanaşmanı təşviq edən mühitə çevrilir. Kim daha yüksək səslə danışırsa, daha çox bəyənmə alır, kim daha kəskin yazırsa, daha çox diqqət çəkir.

Ən təhlükəli tendensiyalardan biri isə budur: tənqidi düşünməyən kütlələr informasiya vasitəsilə çox rahat şəkildə yönləndirilə, manipulyasiya edilə və ictimai fikrə təsir göstərilə bilər. Bu zaman sosial şəbəkə yalnız ünsiyyət vasitəsi deyil, həm də ictimai rəy formalaşdırma aləti funksiyasını yerinə yetirir – təkcə xəbərlər üçün yox, düşüncə tərzi üçün də.

Bu problem təkcə texnoloji deyil, həm də mədəni və təhsil sistemi ilə bağlıdır. Məktəblərdə və ali təhsil müəssisələrində tənqidi düşüncə vərdişləri, mənbə analizi, informasiya süzgəcindən keçirmə kimi bacarıqlar sistemli şəkildə öyrədilmədikcə, sosial media “informasiya məzarlığı” olaraq qalacaq – səs çox olacaq, amma dərinlik az.

Son xəbərlər

Azərbaycanda güllələnmə: Bir nəfər öldü

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

Bütün xəbərlər