Kredit bataqlığı: Vətəndaşların banklara borcu böyüyür

Azərbaycanda cəmiyyətin böyük hissəsi artıq illərdir ki, bank kreditlərinin yaratdığı fəlakətli girdabda boğulur. İşsizlik, az əməkhaqqı, qiymətlərin durmadan qalxması və həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsi nəticəsində insanlar yaşamaq üçün yeganə çıxış yolunu kredit götürməkdə görürlər. Bu, könüllü seçim deyil, məcburiyyətdir. Əslində isə bu sistem, sadəcə, vətəndaşı yavaş-yavaş maliyyə cəhətdən çökdürməyə hesablanmış, rəsmi şəkildə qanuniləşdirilmiş bir istismar mexanizmidir.

"dogruxeber.tv" bu vəziyyətin fonunda yaranmış sosial faciəni sərt şəkildə gündəmə gətirir.

Əhalinin böyük hissəsinin daimi gəlir yeri yoxdur. İş tapmaq çətindir, olanlar isə ya qeyri-rəsmi işləyir, ya da rəsmi işlə təmin olunanlar üçün verilən əməkhaqqı real yaşayış üçün yetərli deyil. Ayda 400-600 manatla ailə saxlamaq, kirayə ödəmək, uşaq böyütmək, dərman almaq mümkün deyil. Bu səbəbdən insanlar öz ehtiyaclarını qarşılamaq üçün banklara üz tuturlar. Banklar isə bu zəifliyi yaxşı anlayır və ondan sui-istifadə etməkdən çəkinmirlər.

Kredit faizləri əksər hallarda rəsmi formada göstəriləndən daha yüksək olur. Müqavilələrdə gizli bəndlər, cərimə mexanizmləri, əlavə xidmət haqları və s. kimi oyunlarla vətəndaşın çiyninə görünməyən, amma çox ağır yük yüklənir. Ən dəhşətlisi isə – girov qarşılığında verilən kreditlərin mahiyyətidir. İnsanlar öz evlərini, torpaqlarını, obyektlərini girov qoyur, qarşılığında isə bu əmlakın real dəyərinin cəmi 10-15%-i qədər kredit ala bilirlər. Bir balaca gecikmə baş verən kimi isə banklar həmin əmlakları qamarlayır, vətəndaşı öz halal malından məhrum edirlər.

Vətəndaşın hüquqlarını qorumağa borclu olan məhkəmələr isə çox hallarda tərəf tutmurlar, obyektiv araşdırma aparmırlar və ya açıq-aşkar bankların tərəfini saxlayırlar. Bu da sistemli bir ədalətsizliyin tərkib hissəsidir. Öz evində yaşamaq uğrunda mübarizə aparan minlərlə insan məhkəmə zallarında süründürülür, emosional və psixoloji travma yaşayır, ailəsi dağılır. Bu hal artıq sosial problem deyil, kütləvi ədalətsizlik və hüquqsuzluq forması alıb.

İnsanların bir hissəsi artıq nəinki kredit götürə, heç gündəlik yeməyini təmin edə bilmir. Bu halda isə bankların sosial məsuliyyətdən tamamilə uzaq, yalnız qazanca köklənmiş mövqeyi acı təəssüf doğurur. Kredit siyasətinin insanlara yardım vasitəsi yox, real bir istismar alətinə çevrilməsi dözülməz həddə çatıb. Vətəndaş dövlətin dəstəyini, qanunların ədalətli işləməsini, bankların isə insaflı davranmasını tələb edir. Əks halda, bu vəziyyət sosial narazılığın artmasına və daha dərin faciələrə yol aça bilər.

Son xəbərlər

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Bütün xəbərlər