Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi özbaşına qalıb –Əliağa Kərimov da sabiq direktor kimi…

DogruXeber.tv: - Ötən ilin iyulunda Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə tabeli Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayevanın cinayət məsuliyyətinə cəlb edilm ələri barədə məlumat yayıldı. İbtidai istintaqla müəyyən edilib ki, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pulllar köçürüb, sonradan həmin 175 min 365 manatı nağdlaşdıraraq mənimsəyiblər. Onlar barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmışdı.

Elektron poçtumuza ünvanlanmış məktubda Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində hələ də özbaşınalıqların davam etdiyi bildirilir. Sözügedən şikayət məktubunu olduğu kimi təqdim edirik.

Qalmaqallı Peşə məktəbində yenə rüşvət, yenə özbaşnalıq davam edir. Söhbət Emal Snayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən gedir. 2025-ci il yanvar ayında direktor əvəzi təyin olunan Əlağa Kərimov yeni tədris ilinə lap yeni qaydalarla başlayır. Bu gün 30 sentyabr 2025-ci il mərkəzdə müəllimlərin nə dərs günü nə cədvəli hazır deyil.Digər peşə məktəblərində sentyabırın 1-ci ongünlüyündə dərs cədvəli Müəllimlərin dərs yükləri müzakirə olunub,verilmişdir. Emal Snayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində isə işə qəbul dərs saatları açıq hərraca çıxarılıb.

Beləki 1 illik dərs yükü artıq olması üçün müəllimlərdən tass tətbiq edilir.Bu sahəyə yeni təyin edilimiş,Tədris hissə müdiri Tamam yüksək səviyyədə direktor əvəzi olan Əliağa m.rəhbərliyi ilə toplanma işinə baxır. Dərs artımı-1000 manat. İşə qəbul isə müəllimləri xüsusi dəvətlə MİQ-iştirak etməyən və ya az bal yığanlar üçün 7000 m.İstehsalat təlim ustaları,üçün imtahanda iştirak etməyən ,az bal toplayan 1000 manat.

Direktor əvəzi Peşə təhsili üzrə Dövlət Agentliyinin adında belə qanunsuz işlər görür. Narazı müəllimlərə isə bildirir ki, Agentliyə yeni kadrlar idarəsinə müdir təyin edilən Murad müəllimin tapşırığıdır. Yüksək bal toplayan müəllimlər və istehsalat təlim ustalarının haqlı narazılığına müsbət yanaşma yoxdur.Neçə illərdi müqavilə ilə istəyən ümumtəhsil fənn müəllimləri işsiz qalıblar. Onların arasında onkoloji xəstəliyi olan hərbiçi ailəsi olan və sosial durumu çətin olanlar çoxluq təşkil edir. Direktor əvəzi bəzi dərs saatlarının vakansiyaya çıxartmadığı müəyyən edilib. Yeni açılmış ixtisasın Y.Q.K.İ.C ( Yeraltı Qaz Kəmərlərinin İstismarı üzrə Çilingər ) dərsləri də çıxarmayıb. Vakansiya çıxarmayan dərsləri Direktor əvəzi əvvəlki işlədiyi Binə Peşə məktəbində olan müəllimlərə və öz yerlərinə qeyri-qanunu işə qəbul olunan (Laçınlılara) xüsusi şərtlərlə verilir.Mərkəzdə direktor əvəzi olan Əlağa müəllim,yerliləri (Laçınlılara) və tədris hissə müdiri Tamam Məmmədovanın yerliləri (Şəkililərə) doldurulur. Tamam Məmmədova MİQ imtahanından sertifikasiyadan keçməyib. Kargüzar-operatorluqdan bir başa tədris hissə müdiri olub. Pedoqoji stajı belə yoxdur. Bu il qəbul planı artıb,qruplar artıb yenə də müəllimlərin dərs saatları azalıb. Əlavə olaraq Əliağa Kərimov qanunsuz olaraq təhsil alan tələbəni xaric etmişdir. Digər xaric olunan tələbəni isə buraxılış imtahanına (Atesstat imtahanına buraxılmasına icazə vermişdir)

Nəzərinizə çatdırırıq ki, mərkəzdə bütün sənədləşmə işləri yararsız vəziyyətdədir. Əliağa Kərimov vəziyyətdədir. Əmrləşmələr,sənədləşmələr vaxtında və ya ümumiyyətlə aparılmır. Pedoqoji şuranın iclasları belə tədrisə,təhsilə aid olmadan keçrilir. İşdən çıxan istehsalat təlim ustasının,işdən çıxması üçün səhv əmr verməsi səbəbindən Əmək müfəttişliyi, mərkəzi 2000 m cərimə etmişdir. Mərkəzdə dərslərdə müəllimlər iştirak etmirlər,çünki dərs cədvəli yox,yükü yox,tələbələrdə etiraz edirlər.(Mərkəzdə dərs keçrilmir.Bu qanunsuzluq öz başnalığı Peşə Agentliyində kim müdafiə edir. Direktor əvəzi Əlağa Kərimov kimlərə arxayın olaraq işləyir.)

Nəzərinizə çatdırırıq ki, direktor əvəzi Əlağa Kərimovun 3 ay əvvəl Peşə Agentliyi tərəfindən işdə yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilməsinə baxmayaraq yenə qüsurlu fəaliyyətini davam etdirir. Əlavə olaraq bildiririk ki, bir sıra xaric olan tələbələrə, hərbi xidmətdə olan tələbələrə neçə aylardı təqaüd verildiyi aydın olub.

Əlağa Kərimova yaxın ətrafı hüquqşünas tədris hissə müdiri,təhsildə keyfiyyət şöbəsinin müdiri dəstək göstərirlər.

Xatırladaq ki, sentyabrın 1-də yayılan xəbərlərə görə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov işdən çıxarılıb. Medianın yaydığı məlumata görə C. Kərəmov vəzifəsindən azad olunması üçün ərizə ilə nazir Emin Əmrullayeva müraciət edib. Nazirin əmri ilə o, direktor vəzifəsindən azad edilib. Amma sosial şəbəkələrdə və qeyri rəsmi mənbələrdə Ceyhun Kərəmov öz ərizəsi ilə deyil, nazir Emin Əmrullayev tərəfindən işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Qeyd edək ki, C. Kərəmov 2023-cü ildən Agentliyin direktoru vəzifəsində çalışıb. Məlumata görə, direktor vəzifəsinin müvəqqəti icrası agentliyin direktor müavini Simnar Mamedova həvalə olunub.(aktualinfo.org)

Oxunub: 215

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər