Saxta tibbi məsləhətlər: Sosial mediada yayılan “ölümcül biliklər”

DogruXeber.tv” bildirir ki, son illərdə sosial media platformalarında yayılan qeyri-peşəkar tibbi məsləhətlər insanların sağlamlığı üçün ciddi təhdidə çevrilib. Qəpiksiz informasiya bolluğu arasında həqiqətlə yalanın sərhədi silinir. Bu vəziyyətdən ən çox zərər görənlər isə savadlı həkimə müraciət etməyə imkanı və ya vərdişi olmayan insanlardır. Kiminsə evdə yazdığı, sübut olunmamış “təbii reseptlər”, “inanılmaz sağalma üsulları” və ya “100 faiz effektli xalq təbabəti” tərzi paylaşımlar təkcə insanları çaşdırmır, bəzən onların həyatını da təhlükəyə atır.

DogruXeber.tv” redaksiyası tərəfindən aparılan monitorinqlər göstərir ki, sosial şəbəkələrdə aşağıdakı saxta tibbi “məsləhətlər” ən çox tirajlanır:

Sarımsaq hər cür virusu öldürür – Həqiqət: Sarımsaqda antimikrob xüsusiyyətlər olsa da, bu, COVID-19 və ya digər ciddi viruslara qarşı elmi təsdiqlənmiş dərman funksiyası daşımır.

Limon suyu ilə hər gün orqanizm təmizlənir – Həqiqət: Bu kimi iddiaların heç bir tibbi əsası yoxdur. Əksinə, turşuluğun artırılması mədə problemlərinə səbəb ola bilər.

Qara zirə hər dərdin dərmanıdır – Həqiqət: Qara zirənin faydalı xüsusiyyətləri ola bilər, amma bu, onun elmi şəkildə təsdiqlənmiş müalicə üsulu olduğunu göstərmir.

Antibiotikləri profilaktik qəbul etmək sağlamlıq üçün vacibdir – Həqiqət: Bu, antibiotik müqavimətini artırır və insanın gələcəkdə real xəstəliklərə qarşı müqavimətini zəiflədir.

Hər xəstəliyin səbəbi sinirdir, psixoloqa getmək kifayətdir – Həqiqət: Bəli, psixoloji amillər bir çox xəstəliyə təsir edə bilər, amma bu, orqanik xəstəliklərin sırf “stress” nəticəsində yarandığı anlamına gəlmir.

Sosial şəbəkə fenomenlərinin, özünü “həkim” kimi təqdim edən və heç bir elmi dəyəri olmayan şəxslərin çıxışları günümüzdə elmi tibbin qarşısında ciddi təhlükəyə çevrilib. Məsələ burasındadır ki, bu cür “təkliflər” adətən sadə, ucuz və “təbiidir”, buna görə də kütlə üçün daha cəlbedici görünür. İnsanlar tibbə deyil, inanca əsaslanmaq istəyir. Elmin uzun illərlə sübut etdiyi müalicə metodları yerinə, bir nəfərin “məndə alındı” deməsi daha inandırıcı sayılır.

Ən narahatedici məqam isə bu yalanların ailə içində qadınlar vasitəsilə daha sürətlə yayılmasıdır. Evdə uşaqdan tutmuş, yaşlıya qədər bütün ailəyə bu “reseptlər” tətbiq olunur. Tibbi savad azlığı və həkimə getməmək vərdişi qadınların “ailə həkimi” rolu oynamasına səbəb olur. Nəticədə, bir çox hallarda ailə üzvləri səhv müalicənin qurbanına çevrilir.

Bu cür saxta biliklərin qarşısını almağın yeganə yolu ictimai maariflənmənin artırılması və tibbi məlumatların yalnız rəsmi mənbələrdən əldə olunmasının təşviqidir. Əks halda, sosial media “sağaltmaq” adı ilə xəstəlikləri daha da artırmağa davam edəcək.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər