gundem / Cəmiyyət / Foto
16.10.2025
Nizami rayonunda “yaşıl vəhşilik” – Foto
Nizami rayonunda yaşıllıqlara qarşı edilən vəhşilik sosial şəbəkələrdə müzakirə yaradıb.
"DogruXeber.tv" Tribunainfo.az-a istinadən xəbər verir ki, qanunsuz aparılan tikintiyə mane olan ağacı divara hörüblər. Bu barədə Nizami rayoni İmadəddin Nəsimi küçəsi 37 sakinləri bildirib ki, belə iş görən şəxs özü mənzil-kommunal istismar sahəsində çalışır. Elə sözügedın qanunsuz tikili də MKİS üçün inşa edilir:
“Guya Mənzil-Kommunal İstismar İdarəsi üçün anbar tikilir. Əslində isə qaraj inşa edirlər, tikən şəxs də mənzil-kommunal istismar sahəsində çalışır. Tikinti aparılanda ağacı kəsə bilmədikləri üçün divara hörüblər”.
Sakinlər bildirib ki, Nizami rayonunda yaşıllıqların başına oyun açılır, bunun qarşısını alan isə yoxdur.






