Quba - Xaçmaz Regional Mədəniyyət İdarəsində idarəçilik böhranı – vətəndaş narazılıqları artır

"DoğruXeber.tv" xəbər verir ki, son günlər Quba - Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəaliyyəti ilə bağlı ictimai narazılıqlar artmaqdadır. Yerli sakinlərin bildirdiyinə görə, idarənin rəhbəri Vüsal İbrahimov uzun müddətdir işə çıxmır və bölgədə görünmür. Bu isə nəticə etibarilə idarənin fəaliyyətində durğunluq, mədəniyyət müəssisələrinin işində əlaqəsizlik və ictimai etimadın zəifləməsi ilə müşahidə olunur.

İctimaiyyətin əsas tələbi şəffaflıq və məsuliyyət prinsipidir. Vətəndaşlar hesab edirlər ki, dövlət idarəçiliyinin mahiyyəti yalnız inzibati rəhbərlikdə deyil, həm də sosial ünsiyyətin keyfiyyətində, vətəndaşla dövlət arasında etimad körpüsünün möhkəmliyində öz əksini tapmalıdır. Əgər bir idarənin rəhbəri regionda aktiv deyil, qəbul günləri keçirmir və əhalinin problemlərinə operativ reaksiya vermirsə, bu, artıq təkcə idarə daxilində deyil, bütövlükdə dövlət-vətəndaş münasibətlərində boşluq yaradır.

Maraqlı məqamlar da meydana gəlib. Belə ki, sosial şəbəkələrdə “Şimal Xəbərləri” adlı platformada bu məsələ bir neçə dəfə paylaşılıb. Lakin oxucuların diqqətini çəkən həmin yazılar qısa müddət ərzində izsiz-tozsuz şəkildə yoxa çıxıb. Təbii ki, böyük ehtimalla Regional Mədəniyyət İdarəsinin “sevgi və qayğısı”nın bu prosesdə izinin olduğu ehtimal olunur. Maraqlıdır, rayon rəhbərindən saysız-hesabsız yazılan tənqidlərə məhəl qoymayan bəzi qurum rəhbərləri öz nüfuzlarını doğrudanmı Başçının nüfuzundan üstün hesab edirlər?

Mədəniyyət sahəsi hər bir bölgənin sosial-mənəvi həyatının güzgüsüdür. Ona görə də belə bir strukturun fəaliyyətsizliyi yalnız inzibati məsələ deyil, həm də ictimai etimadın sarsılması kimi qiymətləndirilməlidir. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, yerli idarəetmənin əsas məqsədi vətəndaşa xidmət etmək, regionların sosial inkişafını təmin etmək və mədəni mühitin dirçəldilməsinə təkan verməkdir.

Lakin Quba - Xaçmaz Regional Mədəniyyət İdarəsinin indiki fəaliyyəti bu prinsiplərlə uzlaşmır. Vətəndaşla əlaqənin zəifləməsi, idarə rəhbərliyinin passivliyi və ictimai münasibətlərdə qapanıqlıq bölgədə mədəni təşəbbüslərin dayanmasına səbəb olur.

İctimai rəy göstərir ki, idarənin fəaliyyətinə nəzarət gücləndirilməli, hesabatlılıq və şəffaflıq mexanizmləri tətbiq edilməlidir. Mədəniyyətin inkişafı yalnız tədbirlər və protokollarla deyil, canlı dialoq, ictimai iştirakçılıq və məsuliyyətli idarəetmə ilə mümkündür.

Bu hadisə, əslində, regional idarəetmə sistemində mövcud olan ümumi problemlərin bir nümunəsi kimi də qiymətləndirilə bilər. Məsələ təkcə Xaçmazla məhdudlaşmır — bu kimi problemlər sözügüdən regionalın tabeiliyindəki Quba, Qusar və digər rayonlarda da yaşanmaqdadır.

Bu isə ölkədə yerli icra və mədəniyyət strukturlarının fəaliyyətinin səmərəliliyi məsələsini bir daha gündəmə gətirir.

"DogruXeber.tv" xatırladır ki, cəmiyyət haqlı olaraq tələb edir ki, dövlət məmurları və idarə rəhbərləri öz vəzifələrinə təkcə inzibati yox, mənəvi məsuliyyət kimi yanaşsınlar. Çünki mədəniyyət sadəcə idarəetmə sahəsi deyil, millətin mənəvi sütunudur.

P.S: Qeyd edək ki, məsələ ilə bağlı Quba -Xaçmaz Regional Mədəniyyət İdarəsinin internet üzərindən əldə etdiyimiz telefon nömrəsi (aşağıda fotoda) ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.

Quba - Xaçmaz Regional Mədəniyyət İdarəsində idarəçilik böhranı – vətəndaş narazılıqları artır


Mövzunu davam etdirəcəyik və növbəti yazılarımızda region rəhbərliyinin təmir-bərpa işlərilə bağlı rayon mədəniyyət idarələrinin müdirlərinə verdiyi gülüş doğuran tapşırıqları və digər məlumatları diqqətə çatdıracağıq.

Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər