Ekologiya Nazirliyində sistemli korrupsiya və RÜŞVƏT İDDİASI

DogruXeber.tv: -Dövlət qulluğu imtiyaz deyil, əksinə, böyük məsuliyyət və ictimai etimadın təcəssümüdür. Dövlət qulluqçusu olmaq xalqa xidmət etmək, onun problemlərinə həssas yanaşmaq və ədalətli davranmaq deməkdir. Təəssüflər olsun ki, bəzən bu prinsiplərə zidd davranışlara rast gəlinir. Ən kiçik vəzifədə çalışan bəzi məmurlar belə özlərini cəmiyyətin fövqündə görərək təkəbbür nümayiş etdirir, vətəndaşlara qarşı laqeyd və özbaşına münasibət sərgiləyirlər. Bu cür hallar isə dövlətə olan etimadı sarsıdır, ictimai narazılığın yaranmasına səbəb olur. Unudulmamalıdır ki, hər bir məmurun davranışı bütövlükdə dövlətin simasını formalaşdırır. Buna görə də vəzifə sahibi olmaq, ilk növbədə, vicdanla xidmət etməyi tələb edir.
Təəssüf doğuran məqamlardan biri də budur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə ictimai narazılığın ən çox yönəldiyi qurumlardan birinə çevrilib. Vətəndaşların bu quruma münasibətində etimaddan çox məyusluq hiss olunur. Təbiəti qorumaq əvəzinə bəzi hallarda onun məhv edilməsinə şərait yarandığı müşahidə edilir. Ağacların kütləvi şəkildə qırılmasına göz yumulduğu bir şəraitdə bəzən adi bir budağın sınması belə sərt reaksiya ilə qarşılanır. Bu isə cəmiyyətdə ikili standartlar barədə haqlı suallar doğurur. Əgər məqsəd doğrudan da təbiəti qorumaqdırsa, bu yanaşmalar köklü şəkildə dəyişməlidir. Təəssüf ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan bəzi məmurlar təbiətin qorunmasını deyil, şəxsi maraqlarını üstün tuturlar. Belə hallarda vəzifədən sui-istifadə, rüşvət və özbaşınalıq kimi hallar ortaya çıxır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Vasif Əşrəfovun yarıtmaz fəaliyyəti təəssüf ki, qanunvericiliyin tələblərinə və ictimai maraqlara hörmətsizlik nümunəsi kimi dəyərləndirilə bilər. Onun davranış və qərarları təkcə vətəndaşlar arasında haqlı narazılıq doğurmur, eyni zamanda dövlət qurumunun nüfuzuna da ciddi zərbə vurur. Apardığımız araşdırmalar göstərir ki, bu özbaşınalığa şərait yaradan səbəblərdən biri də onun Ekologiya və Təbii Sərvətlər Nazirliyində birinci müavin tərəfindən müdafiə olunmasıdır.

Vasif Əşrəfovun iddialarına görə vətəndaşlardan tələb olunan qeyri-qanuni ödənişlər yəni rüşvət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə, konkret olaraq nazirin birinci müavini Rəşad İsmayılova ötürülür. Əgər bu iddialar həqiqətə uyğundursa, söhbət artıq fərdi özbaşınalıqdan deyil, sistemli korrupsiya şübhəsindən gedir. Bu isə yalnız ictimai etimadı sarsıtmır, eyni zamanda dövlət institutlarına olan inamı zədələyir.

Vətəndaşları haqlı olaraq dövlətdən narazı salan bu məmur reydlərdə qanunları tətbiq edən bir nümayəndə kimi yox, sanki ‘ova çıxan’ biri kimi davranır. Görəsən, bu özbaşınalıq nə vaxta qədər davam edəcək?

Dövlətin adından çıxış edən bir şəxs bu davranışları ilə kimə xidmət edir, xalqa, yoxsa şəxsi maraqlara? Bu suallara cavab verilmədikcə ictimai etimad bərpa olunmayacaq.//cumhuriyyet.az

Son xəbərlər

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir

Bütün xəbərlər