Üzərində dələduzluq cinayəti olan şəxs eyni əməli törətdi

Bərdə rayonunda üzərində dələduzluqla bağlı cinayət işi olan şəxs yenidən dələduzluq edib.

"DogruXeber.tv" xəbər verir ki, E.Salahov iki nəfəri aldadaraq onlardan ümumilikdə 11 000 manat pul alıb.

E.Salahovun qurbanlarından biri oğlu H.Mehtiyevə təqaüd düəzltəmək istəyib. E.Salahov 7000 manat müqabilində ona bu işdə kömək edəcəyini bildirib. Lakin verdiyi vədi yerinə yetirməyib.

Digər qurban isə qardaşı Ş.Xıdırov barəsindəki cinayət işinə xitam verilməsinə çalışıb. E.Salahov ondan 4000 manat alaraq bu işdə köməklik edəcəyini deyib. Amma zərərçəkmiş sonradan aldadıldığı başa düşüb.

Hər iki zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra E.Salahov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb və barəsində ev dustaqlığı qətim-imkan seçilib. Cinayət işinə Bərdə Rayon Məhkəməsində hakim Ziya Abdullayevin sədrliyi ilə baxılıb. E.Salahov məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə E.Salahov 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Əvvəlki cinayət işi ilə bağlı ona təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki cəza ilə qismən toplanılmaqla ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

E.Salahovun şübhəli şəxs qismində tutulduğu nvə ev dustaqlığında saxlanılıdğı 9 ay 7 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 5 ay müddətinə azadlığın məhdudlşadırılması cəzası saxlanılıb. //Qaynarinfo

Oxunub: 339

Son xəbərlər

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

Bütün xəbərlər