Süleyman Mikayılov 42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır

Süleyman Mikayılov ölkənin ən stajlı icra başçılarından biri sayılır. O, 20 ildən çoxdur Azərbaycanın müxtəlif rayonlarına rəhbərlik edir. Süleyman Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. O, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Gənclik illərində peşəkar boksla məşğul olub. Ölkə birinciliklərində uğurları var.

"DogruXeber.tv" xəbər verir ki, 63 yaşlı icra başçısı təxminən 20 il gömrük orqanlarında çalışıb. Karyerasının 1 ili 2019-cu ildə ləğv edilmiş Vergilər Nazirliyi ilə bağlıdır. Bir ilə yaxın Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.

Süleyman Mikayılovun bioqrafiyasında maraqlı məqamlar az deyil. İnternet resurslarındakı məlumatlar göstərir ki, Mikayılov idmanla yanaşı həm də hüquq elminə maraq göstərib. O, 2004-cü ildə, 42 yaşında Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Xatırladaq ki, Süleyman Mikayılov 4 mart 2010-cu ildən Qaradağ rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Mikayılov bu təyinata kimi Yardımlı və Lənkəran rayonlarına rəhbərlik edib.

2003-cü ildən Azərbaycan Boks Federasiyasının vitse prezidentidir.//Metbuat.az

Oxunub: 38

Son xəbərlər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər.

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

Bütün xəbərlər