“Şərur” MTK-nın zirzəmisində müştəri “moyşik”i döydü

Yasamal Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Məmməd Əkbərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"DogruXeber.tv"nin Pravda.az-dan əldə etdiyi məlumata görə, hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işinin icraatına xitam verilib.

İttihama görə, hadisə bu il paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində, “Şərur” MTK-nın zirzəmisində qeydə alınıb.

Məmməd Əkbərov həmin ərazidə yerləşən avtoyuma məntəqəsinin istirahət otağında baş vermiş hadisə zamanı zərərçəkmiş Zamiq Bəkirova (adı, soyadı şərtidir) qarşı qəsdən bədən xəsarəti yetirməklə cinayət törədib.

Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus “Renault” markalı avtomobilin vaxtında yuyulmaması səbəbindən aralarında yaranmış münasibətlərin pozulması zəminində mübahisə edib. Mübahisə zamanı o, emosional gərginlik və aqressiya nümayiş etdirərək, Zamiqin sağ sifət nahiyəsinə qəsdən sillə ilə zərbə endirib.

Hadisədən sonra Məmməd Əkbərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmədə elan edilib ki, zərərçəkmiş təqsirləndirilən şəxslə barışıb, ondan şikayət və tələbi yoxdur.

Son xəbərlər

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Bütün xəbərlər