"mygov" platformasından istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

Ölkənin əsas rəqəmsal hökumət platforması olan "mygov"da istifadəçilərin sayı 2 milyon nəfəri ötüb. 2025-ci il ərzində həm veb, həm də mobil tətbiq üzərindən platformaya qoşulan vətəndaşların sayında əhəmiyyətli artım müşahidə olunub.

Cari ildə platformadan 1 milyondan çox vətəndaş qeydiyyatdan keçib. Bu isə ötən ilin sonu ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Platformadan mütəmadi istifadə edən, davamlı şəkildə sistemə daxil olan və rəqəmsal xidmətlərdən yararlanan aktiv istifadəçilərin sayı 800 min nəfərdir.

Hazırda platformada ümumilikdə 400-dən çox rəqəmsal xidmət mövcuddur.

Cari il ərzində ən çox istifadə olunan sənədlər arasında şəxsiyyət vəsiqəsi məlumatları, iş yeri məlumatları, ailə tərkibi, sürücülük vəsiqəsi məlumatları və nikah haqqında məlumatlar yer alıb. Bu istiqamətdə istifadənin əsasını QR paylaşımı və sənəd yükləmə funksiyaları təşkil edib. Hazırda platformada 69 rəqəmsal sənəd və məlumat təqdim olunur. 2025-ci ildə vətəndaşlar tərəfindən bu rəqəmsal məlumatlardan istifadə sayı keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq təxminən 2,2 milyon təşkil edib.

Vətəndaşların ən çox müraciət etdiyi xidmətlər arasında məhkumluq haqqında arayış, mobil cihazların qeydiyyatı, ailə üzvləri haqqında arayış, subaylıq haqqında arayış və nəqliyyat vasitəsindən istifadə üçün etibarnamə xidmətləri üstünlük təşkil edir. Platformada 37 dövlət xidməti yenidən tərtib edilərək rəqəmsallaşdırılıb. Cari ildə bu xidmətlərə müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox artaraq 220 mindən çox olub.

"mygov" platformasında istifadəçi sayının artmasına bir neçə əsas rəqəmsal funksionallıq ciddi təsir göstərib. Bu artımda "mygov ID" funksiyası xüsusi rol oynayıb. Bu funksiya vətəndaşlara QR kod vasitəsilə dövlət və özəl qurumların sistemlərinə rahat və sürətli giriş imkanı yaradır. Bundan əlavə, "İcazələrin idarə edilməsi" funksiyası vətəndaşlara fərdi məlumat paylaşımına nəzarət imkanı verərək platformanı daha da istifadəçi yönümlü, təhlükəsiz və rahat edib. Eyni zamanda yeni istifadəyə verilmiş dövlət qurumlarına məktub göndərmək və almaq funksiyası da vətəndaş mərkəzli rəqəmsal xidmət təcrübəsini daha yüksək səviyyəyə çatdırıb.

Hazırda "mygov" tətbiqi vasitəsilə vətəndaşlar məhkumluq haqqında arayış, ailə tərkibi və ailə vəziyyəti, təhsil və hərbi xidmət məlumatları, etibarnamələrin verilməsi, kommunal xidmətlər üzrə abonent məlumatlarının dəyişdirilməsi, borc və səhiyyə məlumatları, iş yerindən arayış, əmək müqavilələrinin imzalanması, işğaldan azad edilmiş ərazilərə səfər üçün icazələr, bank kartları ilə ödəniş imkanları və digər rəqəmsal xidmətlərdən faydalana bilirlər. Eyni zamanda, dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən həyat hadisələri üzrə xidmətlər – nikah, doğum və ölüm haqqında şəhadətnamələrin əldə olunması platforma vasitəsilə vətəndaşlar üçün daha rahat və əlçatan olub.

Platformanın imkanlarının genişləndirilməsi və istifadə rahatlığının artırılması fonunda bu artım dinamikasının növbəti dövrlərdə də davam edəcəyi gözlənilir.

Son xəbərlər

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski

İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...

Bütün xəbərlər