Qanunsuz estetik əməliyyatlarla bağlı növbəti iddia: “Dr Gülü” yenidən fəaliyyətə başlayıb?

Səhiyyə Nazirliyi və Baş Prokurorluğun müdaxiləsindən sonra fəaliyyətini dayandırdığı bildirilən Gülbadə Abdullayevanın yenidən qanunsuz tibbi fəaliyyətə başladığı iddia olunur.
"DogruXeber.tv"nin “Azərbaycan Reallığı”ndan əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində adı olmayan və sosial şəbəkələrdə özünü “Dr. Gülü” kimi təqdim edən Gülbadə Abdullayeva paytaxtın H. Sarabski küçəsi ərazisində gizli şəkildə icarəyə götürdüyü məkanda estetik prosedurlar həyata keçirir.Məlumatda bildirilir ki, sözügedən şəxs liposaksiya, bədən şəkilləndirmə və digər estetik müdaxilələrlə məşğul olur. Onun qanunsuz fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə mütəmadi olaraq müxtəlif paylaşımlar yayılır. İddialara görə, Gülbadə Abdullayeva yeni sosial media hesabları yaradaraq müştəri cəlb edir və “Bilur Estetic” adı altında fəaliyyət göstərir.Xatırladaq ki, daha əvvəl estetik əməliyyat zamanı çəkildiyi deyilən görüntülərin yayılmasından sonra “Dr. Gülü” kimi tanınan Gülbadə Abdullayeva ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparıldığı bildirilmişdi.İctimaiyyət ümid edir ki, müvafiq dövlət qurumları və hüquq-mühafizə orqanları tibbi fəaliyyət göstərmək üçün rəsmi səlahiyyəti olmayan şəxslərin vətəndaşları sosial şəbəkələr vasitəsilə aldadaraq estetik əməliyyatlar aparması ilə bağlı məsələyə hüquqi qiymət verəcək və qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Son xəbərlər

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

Bütün xəbərlər