“Laser Beauty Clinic”də qanunsuz fəaliyyət davam edir – Nazirlik niyə susur?

DogruXeber.tv: - “Laser Beauty Clinic”lə bağlı qalmaqallar səngimir. Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində “Laser Beauty Clinic”in Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən filialında nöqsanlar aşkar edilib. Bu səbəbdən klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət olunub.

Bundan sonra klinika ilə bağlı çoxsaylı qalmaqallı xəbərlər yayılıb. Məlumata görə, pasiyentlərə keyfiyyətsiz tibbi və estetik xidmətlərin göstərilməsi nəticəsində bir neçə şəxsin səhhətində problemlər yaranıb. Həmçinin fəaliyyəti dayandırılmış “Altes” filialına yoxlama üçün gələn rəsmi şəxslərə hücum edilməsi ilə bağlı məlumatlar da mövcuddur.

“Laser Beauty Clinic”də qanunsuz fəaliyyət davam edir – Nazirlik niyə susur?

Sözügedən filialda həkim kimi çalışan Nigar Rüfət, Adilya Makatova və Nigar Sultanovanın fəaliyyəti sosial şəbəkələrdə geniş şəkildə reklam olunur, müxtəlif endirim və xidmət kampaniyaları keçirilir. Halbuki, adıçəkilən xanımların tibbi təhsilinin olmadığı barədə iddialar var və onlar sertifikasiyadan keçməyiblər. Bu isə qanunsuz fəaliyyət sayılır.

“Laser Beauty Clinic”də qanunsuz fəaliyyət davam edir – Nazirlik niyə susur?

Bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq. Nigar Rüfət və Adilya Makatova ilə bağlı ilk sorğuya gələn cavabı olduğu kimi təqdim edirik:

“Adilya Makatova və Nigar Rüfətin adları Tibbi Kadrların Vahid Məlumat Reyestrində yoxdur”.

Nigar Sultanova ilə bağlı da eyni cavab oldu:

“Sorğuda qeyd olunan şəxs barədə aparılmış araşdırma nəticəsində müəyyən edilib ki, həmin şəxs nə əczaçı, nə də həkim kimi sertifikata malik deyil. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sertifikatsız şəxslər tibbi və əczaçılıq fəaliyyəti göstərə bilməzlər”.

Göründüyü kimi, hər üç şəxsin adı həkim kimi fəaliyyət gəstərmələrinə baxmayaraq, Tibbi Kadrların Vahid Məlumat Reyestrində yoxdur. Bəs bunun məsuliyyəti nədir?
Analitik Ekspertiza Mərkəzindən sorğuya cavab olaraq bildirildi ki, sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800-1000, hüquqi şəxslər 6000-8000 min manat məbləğində cərimə olunur. Mərkəzdən həmçinin bildirildi ki, tibbi fəaliyyət yalnız müvafiq ali tibbi təhsili olan və sertifikata malik şəxslər tərəfindən həyata keçirilə bilər, sertifikatsız fəaliyyət qanunsuz hesab olunur və məsuliyyət yaradır.

“Laser Beauty Clinic”də qanunsuz fəaliyyət davam edir – Nazirlik niyə susur?

Analitik Ekspertiza Mərkəz bildirir ki, reysterdən keçmədən və sertifikatsız fəaliyyət qanunsuzdur. Amma Nigar Rüfət, Adilya Makatova və Nigar Sultanova “Laser Beauty Clinic”in “Altes” filialında fəaliyyət göstərir və bunu gizlətməyi belə lazım bilmirlər. Onlar maneəsiz olaraq pasiyentlərə xidmət göstərirlər və müvafiq qurum – Səhiyyə Nazirliyi də artıq bundan xəbərdardır. Amma bunun qarşısını almaq üçün heç bir addım atılmır. Qanunlar bu şəxslərin fəaliyyətini açıq şəkildə qağadan edir. Lakin Səhiyyə Nazirliyi onların qarşısını almaq üçün heç bir addım atmır, işini sorğulara cavab verməklə bitmiş hesab edir. Əslində isə nazirlik bu kimi fəaliyyətlərə qarşı mübarizə aparmalı, onları müəyyənləşdirərək, müvafiq qurumlara məlumat verməli, qanunun tələblərini yerinə yetirməlidir. Görünən odur ki, bu məsələdə həvəsli deyillər və bununla da növbəti faciələrin əsasını qoyurlar.

“Laser Beauty Clinic”də qanunsuz fəaliyyət davam edir – Nazirlik niyə susur?

Bu arada, qeyd edək ki, Nigar Rüfət estetik cərrahlar üçün oktyabrın 26-da “The art of Facial Harmony” adlı master-klass keçirəcək. Bir sözlə heç bir tibbi təhsili və sertifikatsiyası olmayan Nigar xanım həkimlərə dərs deyəcək.

“Laser Beauty Clinic”də qanunsuz fəaliyyət davam edir – Nazirlik niyə susur?

Məlumat üçün bildirək ki, Nigar Rüfətin diplomunun saxta olması ilə bağlı iddialar da var. Onun bioqrafiyasında 2007-2012-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldığını göstərilib. Daha sonra isə Kiev Dövlət Dizayn və Texnologiya Universitetində Farmakalogiya ixtisası üzrə təhsil aldığı qeyd edilib.

Hüquqşünas təhsili aldıqdan sonra əczaçı olmaq fikrinə düşən Nigar Rüfətin təhsil aldığı ali məktəb daha çox maşınqayırma sahəsi üzrə mütəxəssislər yetişdirməsi ilə tanınır və univeristetin farmakalogiya ixtisasında sənaye və istehsalatda çalışmaq üçün mütəxəssislər hazırladığı deyilir.//Qaynarinfo.az

Oxunub: 205

Son xəbərlər

Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək

Axtarışda olan 366 nəfər ələ keçirildi

Avropa Trampdan mesaj alıb - Rutte

TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olundu

Ermənistan Rusiyanın peyki idi – Makron

Sabah 23 dərəcə isti olacaq

Sabah iki rayonda qaz təchizatı dayandırılacaq

Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?

İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü

FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı

Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?

Cəmiyyətin inkişafında mühüm rol oynayan amillər: Elmi yanaşma və müasir çağırışlar

Bakıda tıxacların yaranmasına əsas səbəb nədir? – Problemin görünən və gizli tərəfləri

Lənkəranda çayxanada başlayan mübahisə qanla bitdi

Bütün xəbərlər