Qanunsuz estetik əməliyyat edən “Dr Gülü”-nün fəaliyyəti dayandırıldı – Özü paytaxtdan qaçıb, şəriki isə gizlənir

DogruXeber.tv: - Səhiyyə Nazirliyinin və Baş Prokurorluğun müdaxiləsindən sonra qanunsuz estetik əməliyyatlar edən Gülbadə Abdullayeva fəaliyyət göstərdiyi “klinika”nı bağlayıb…

Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində adı olmayan və özünü “Dr Gülü” kimi təqdim edən Gülbadə Abdullayeva adlı xanımın qanunsuz fəaliyyətini bərpa etməsi ilə bağlı məlumat vermişdik.

AzFakt.com-un xəbərində bildirilirdi ki, Gülbadə Abdullayeva Binəqədi rayon 7-ci mikrarayon Bakı-Qars küçəsində (keçmiş Azərbaycan Beynəlxalq Univeristeti) ilə üzbəüz binanın altında gizli icarəyə obyekt götürərək liposaksiya bədən şəkilləndirmə əməliyyatı ilə məşğul olmağa başayıb.

Gülbadə Abdullayevanın qanunsuz fəaliyyətində şərikinin Fatima adlı bir xanım olduğunu qeyd etmişdik.

AzFakt.com-a daxil olan məlumata görə özünü sosial şəbəkələrdə cərrah “Dr Gülü” kimi təqdim edən Gülbadə Abdullayevanın qanunsuz fəaliyyəti ilə bağlı məlumat dərc etdikdən sonra aidiyyatı qurumlar hərəkətə keçiblər. Belə ki, Gülbadə Abdullayevanın qanunsuz fəaliyyətinə Səhiyyə Nazirliyi və Baş Prokurorluq müdaxilə edib. Məhz bu müdaxilədən sonra “Dr Gülü” G.Abdullayeva yeni açdığı qanunusuz 2 otaqlı “klinika”sını bağlayaraq yoxa çıxıb. Saytımıza verilən məlumatda iddia edilir ki, G.Abdullayeva müvəqqəti olaraq rayonlardan birinə qaçıb. Ortağı Fatimə xanım isə gözə görünməmək üçün Bakıda gizlənir.

Bildirək ki, özünü cərrah “Dr Gülü” kimi təqdim edən Gülbadə Abdullayevanın pasyentin üzərində apardığı bədən şəkilləndirmə əməliyyatı zamanı çəkdiyi görüntü saytımıza göndərilib. Həmin görüntünü izlədikdən sonra Gülbadə Abdullayevanın normal bir olmadığı və psixoloji çatışmamazlığının olduğu qənatəinə gəlmək olar.

Videoda Gülbadə Abdullayevanın onunla birlikdə əməliyyatda iştirak edən digər bir xanımla pasiyentin üstündə öpüşməsi və əllərindəki cərrahiyə avadanlığını qılınc kimi toqquşdurmaları əks olunub.

Gülbadə Abdullayevanın narkoz verilmiş pasiyentin üzərində müxtəlif hərəkətlər etməsi onun psixaloji durumunda çatışmamazlığın olduğu qənaətinə gəlmək olar.

Bundan başqa “Dr Gülü”nün bədən şəkilləndirmə əməliyyatı etdiyi otağa diqqətlə nəzər yetirdikdə, həmin yerin sıradan hansısa ofis otağı olduğu açıq aydın bilinir.

Qeyd edək ki, Gülbadə Abdullayevanın qanunsuz həkim fəaliyyəti uzun müddət kimlərinsə, hansısa vəzifəli şəxslərin himayəsi sltında həyata keçirib. Hətta vəziyyət o dırəcəyə gəlib çatıb ki, Səhiyyə Nazirliyinin prokurorluğa müraciət etməsinə baxmayaraq, “Dr Gülü” öz fəaliyyətini davam etdirib.



Xatırladaq ki, son zamanlar Bakı şəhərində qanunsuz və sertifikatsız fəaliyyət göstərən “həkim”lərin sayı sürətlə artmaqdadır. Ona görə də “Dr Gülü” kimi qanunsuz fəaliyyət göstərən “həkim”lərin məsuliyyətə cəlb edilməsi cəmiyyətimizin təhlükəsizliyi baxımından çox aktual məsələdir.
Qeyd edək ki, Gülbadə Abdullayeva bir müddət öncə estetik əməliyyat zamanı xəstənin başının üstündə rəqsi ilə gündəmə gəlmişdi.

Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Gülbadə Əliqismət qızı Abdullayevanın adı nazirliyin tibb işçilərinin vahid reyestrində yoxdur və onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.

Tibbi fəaliyyət göstərmək səlahiyyəti olmamasına baxmayaraq, Gülbadə Abdullayeva qanunları heçə sayaraq, yenidən gizli şəkildə müxtəlif yerlərdə icarəyə bir neçə otaqlı obyekt götürərək qanunsuz liposaksiya, bədən şəkilləndirmə əməliyyatı ilə məşğul olur.

Hazırda Səhiyyə Nazirliyinin müdaxiləsindən sonra Gülbadə Abdullayevanın fəaliyyəti dayandırılıb. Ancaq bir müddətdən sonra Gülbadə Abdullayevanın yenidən qanunsuz fəaliyyətlə məşğul olmayacağına zəmanət verən yoxdur.

Mövzunu gündəmdə saxlayacağıq.//Azfakt.com

Son xəbərlər

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

Bütün xəbərlər