Binəqədi sakinlərindən ETİRAZ… “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” – Şikayətçi

Binəqədi rayon sakinləri icra hakimiyyətinin hərəkətsizliyindən, rayonun bərbad yollarından, şikayətlərinə baxılmamasından narazıdır.

"DogruXeber.tv" xəbər verir ki, sakinlər bu barədə Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi Feysbuk səhifəsinə yazırlar. İcra hakimiyyəti rayonda ara-sıra gördüyü işləri, icra başçısı Elxan Allahverdiyevin görüşlərini paylaşması sakinləri hiddətləndirir. Bir çox sakin bu cür paylaşımların altına şikayətlərini qeyd edirlər. Həmçinin bildirirlər ki, onların yazdığı şikayətlər, narazılıq dolu mesajlar dərhal səhifə adminləri tərəfindən silinir.
Binəqədi rayon sakini Naib Hüseynov bildirib ki, rayonun əsas yolları ara-sıra düzəldilir, lakin kənd yollarına illərdir baxan yoxdur:

“Binəqədi kəndini də arada yada salın. Burada yaşayanlar da binəqədilidi. Bir həftədir bu əraziyə avtobus gəlmir yolun bərbad olmasına görə. Xəstəsi, yaşlısı, uşağı – 2-3 km yolu piyada getməli olur. 150 metrlik yoldu. Bunu düzəltmək nə çətin işdir ki?”.

Digər sakin Samir Soltanov isə səhifəyə yazdığı şikayətlərin silinməsindən narazıdır:

“Yol ilə bağlı yazdığım şikayəti niyə silirsiniz? Həm işinizi görmürsünüz, həm də deyirsiz ki, heç nə tələb etməyin? İndi biz nə edək, prezidentə necə məlumat verək ki, Binəqədi rayon İcra Hakimiyyəti işini görmür”.

İcra hakimiyyətinin məsələylə bağlı mövqeyini öyrənməyə çalışsaq da, zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini, məsələ ilə bağlı cavabını işıqlandırmağa hazırıq.//Tribuna.az

Binəqədi sakinlərindən ETİRAZ… “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” – Şikayətçi

Son xəbərlər

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

Bütün xəbərlər