Zelenski Kiyevin 20 maddəlik sülh planını açıqlayıb

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın ABŞ-dəki danışıqlar zamanı Amerika tərəfinə təklif etdiyi 20 bəndlik planı açıqlayıb.

"DogruXeber.tv" “The Kyiv İvindependent”ə istinadən xəbər verir ki, sənədin müddəaları Zelenskinin jurnalistlərlə görüşündən sonra yayımlanıb.

Plana Ukraynanın suverenliyinin təsdiqi, Rusiya ilə Ukrayna arasında təmas xətti boyunca monitorinqin aparılacağı təcavüzkarlığa qarşı müqavilə və təhlükəsizlik zəmanətləri məsələləri daxil edilib. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayı sülh dövründə 800 000 nəfər olaraq müəyyən edilib. ABŞ, NATO və Avropa Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətləri verir.

Bundan başqa, altıncı bənd Rusiyanın Ukraynaya və Avropaya qarşı təcavüz etməməyə öhdəlik götürməsini, yeddinci bənd isə Ukraynanın uyğun vaxtda Avropa İttifaqına qoşulmasını tələb edir. Səkkizinci bənd Kiyevə “qlobal yardım paketi”nin verilməsini, doqquzuncu bənd isə yenidənqurma üçün 800 milyard dollarlıq fondun yaradılmasını tələb edir.

Onuncu bənd Ukraynanı ABŞ ilə azad ticarət sazişi bağlamaq səylərini sürətləndirməyə çağırır.

11-ci bənd Ukraynanın nüvə silahından azad statusunu müəyyən edir. 12-ci bənd Zaporojye AES-ə aiddir, lakin layihədə Ukrayna və ABŞ-nin bu məsələdə kompromis əldə edə bilmədiyi bildirilir. İddialara görə, ABŞ Vaşinqtonun aparıcı rol oynadığı ABŞ-Rusiya-Ukrayna birgə idarəçiliyini təklif edir.

13-cü bənd Ukrayna məktəblərində müxtəlif mədəniyyətlərə qarşı tolerantlığı təşviq edən təhsil proqramlarının tətbiqini tələb edir.

14-cü bənd ərazi məsələsinə toxunur, lakin ABŞ və Ukrayna bu məsələdə ortaq mövqeyə gələ bilməyiblər. Ukrayna qoşunlarını Donbasdan çıxarmaqdan imtina edir.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər