Həbsdəki eks-icra başçılarından yalnız – Biri amnistiyaya düşür

Artıq bir neçə gündür Prezidentin təşəbbüsü ilə qəbul edilən amnistiya aktının icrasına başlanılıb. 20 min nəfərə şamil edilən bu Akt əsasında təkcə 5 minə yaxın məhkum cəzaçəkmə müəssisələrindən azadlığa buraxılacaq.

Bəs amnistiya aktı indiyə kimi həbs edilən keçmiş icra başçılarından kiməsə aid edilə bilərmi?

"DogruXeber.tv"nin “Qafqazinfo”ya istinad məlumatına görə, “içəridə”ki eks-icra başçılarından yalnız Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev amnistiya aktından faydalana bilər.

Ona görə ki, İ.Vəliyevin çəkilməmiş cəmi 4 ay cəza müddəti qalıb. Amnistiya aktında yazılıb ki, ağır cinayət törətməkdə təqsirli bilinən şəxs ilk dəfə məhkum edilibsə, 6 aya qədər çəkilməmiş cəzadan azad edilə bilər. (İlk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər-red.)

Bunu nəzərə alsaq, yaxında İsmayıl Vəliyev də azadlığa çıxa bilər.

Uzun illər Neftçalanın icra başçısı işləmiş Vəliyevin müavini Gültəkin Sadıqova da eyni əməllərə görə onunla birgə məhkum edilmişdi. İki gün əvvəl o da Amnistiya ilə azadlığa çıxdı.

İcra başçısı işləyərək sonradan həbs edilən – Vilyam Hacıyev, Mahir Quliyev, Namiq Zeynalov və Alimpaşa Məmmədova isə amnistiya aktı şamil edilmir. Çünki onlar həm xüsusilə ağır cinayət törətməkdə təqsirli bilinib, həm də cəza müddətlərinin çoxunu çəkməyiblər.

Bu yaxınlarda həbs edilən Musa Şəkiliyev və İslam Rzayevin cinayət işi isə hələ ki, ibtidai istintaq dövründədir.

Qeyd edək ki, Ədliyyə Nazirliyi Amnistiya aktını 4 ay ərzində icra etməlidir.

Oxunub: 193

Son xəbərlər

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

6 bal gücündə zəlzələ baş verib - Yaponiyada

Sabiq icra başçısı vəfat etdi

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Bütün xəbərlər