“Doktor” adı altında təhlükəli fəaliyyət - Aysel Xəlilovanın tibbi təhsili varmı?

DogruXeber.tv: - Son aylar ölkədə ən çox müzakirə olunan mövzulardan biri də qanunsuz kosmetoloji prosedurların yaratdığı ciddi təhlükələrdir. Əsasən xanımların bu prosedurlar zamanı ciddi ziyan gördükləri, səhv müalicələr nəticəsində cürümələr, yarabasmalar və sair hallar göstərir ki, özünü “doktor”, “kosmetoloq” kimi təqdim edən şəxslərin qurabanı olurlar.

Daha bir ciddi və araşdırılmalı məqam ondan ibarətdir ki, bu şəxslər özəl klinikalarda fəaliyyət gösrətirlər və klinika rəhbərliyi onların təhsilli olub-olmadığını nəzərə almaqdan yalnız pul qazanmaq üçün istifadə edir.

Bizimesr.az-a daxil olan məlumata görə, “Alo doktor” adlı özəl klinikada belə "həkimlər" üstünlük təşkil edir və onlardan biri də Aysel Xəlilova adlı "həkimdir" və onun heç bir ali tibbi təhsili yoxdur.

İctimaiyyətə təqdim edilən video sübutlardan və yayılan məlumatlardan aydın olur ki, Aysel Xəlilova “Alo doktor” adlı özəl klinikada insanlara müxtəlif kosmetoloji prosedurlar icra edir. Halbuki, ali tibbi təhsili olmayan şəxsin tibbi və invaziv prosedurlar aparması Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir.

Məsələ təkcə bir şəxsin fəaliyyəti ilə məhdudlaşmır. İddialara görə, özəl klinika bu qanunsuzluğa şərait yaradır, rəsmi lisenziya pərdəsi altında tibbi təhsili olmayan şəxslərin fəaliyyətinə faktiki olaraq “yaşıl işıq” yandırır. Bu isə artıq sistemli pozuntu demıkdir.

Hətta Aysel Xəlilova sosial şəbəkələrdə özünü “doktor” kimi təqdim edərək geniş reklam kampaniyaları aparır, yüksək baxış və izlənmə əldə edir. Eyni zamanda bildirilir ki, Aysel Xəlilovanın Səhiyyə Nazirliyi tərəfindən verilmiş heç bir icazəverici sənədi yoxdur. Bu fakt təsdiqlənərsə, söhbət artıq qanunvericiliyin kobud və açıq şəkildə pozulmasından gedir.

Mütəxəssislər xəbərdarlıq edir ki, tibbi savadı olmayan şəxsin insan üzərində kosmetoloji prosedur aparması ağır fəsadlara səbəb ola bilər. Allergik reaksiyalar, infeksiyalar, geri dönməz sağlamlıq problemləri və hətta həyat üçün risk yaradan hallar istisna deyil.

Daha narahatedici məqam isə yayılan məlumatlarda Aysel Xəlilovanın tanınmış şəxslərə, o cümlədən deputatlara belə qanunsuz prosedurlar icra etməsi, eləcə də müxtəlif kosmetoloji preparatların satışı ilə məşğul olmasıdır.

Bütün bunlar göstərir ki, vəziyyət artıq nəızarətdən çıxıb, artıq söhbət cəmiyyətdə nüfuzlu şəxslərin adı ilə qanunsuz fəaliyyətin “kölgələnməsindən” gedir.

Bütün bu faktlar fonunda Səhiyyə Nazirliyi və aidiyyəti dövlət qurumları dərhal araşdırmaya başlamalı, qanunsuz fəaliyyətə hüquqi qiymət verməli və ictimaiyyətə aydın mövqe təqdim etməlidir.

“Alo doktor” klinikasında baş verənlər bir daha göstərir ki, ali tibbi təhsili olmayan şəxslərin “doktor” və “kosmetoloq” adı altında fəaliyyətinə göz yumulması cəmiyyət üçün real və ciddi təhlükədir.

Aidiyyatı qurumların, eyni zamanda Aysel Xəlilovanın da mövqeyini dərc etməyə hazırıq.

Araşdırmamız davam edir.//Bizimesr.az

“Doktor” adı altında təhlükəli fəaliyyət - Aysel Xəlilovanın tibbi təhsili varmı?

“Doktor” adı altında təhlükəli fəaliyyət - Aysel Xəlilovanın tibbi təhsili varmı?

“Doktor” adı altında təhlükəli fəaliyyət - Aysel Xəlilovanın tibbi təhsili varmı?

“Doktor” adı altında təhlükəli fəaliyyət - Aysel Xəlilovanın tibbi təhsili varmı?

“Doktor” adı altında təhlükəli fəaliyyət - Aysel Xəlilovanın tibbi təhsili varmı?

“Doktor” adı altında təhlükəli fəaliyyət - Aysel Xəlilovanın tibbi təhsili varmı?

Son xəbərlər

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Bütün xəbərlər