“Berlin” klinikasında tibbi təhsili olmayan şəxs xəstəni əməliyyat edib

Bakıda fəaliyyət göstərən “Berlin Ailə və Uşaq Klinikası” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə açılmış iş üzrə məhkəmə qərarı ilə 20 min manat məbləğində cərimə olunub.

"DogruXeber.tv" “Teleqraf”a istinadən xəbər verir ki, klinikanın cərimələnməsinin təfərrüatları bəlli olub.

Klinikaya qarşı irəli sürülən ittiham əmək müqaviləsi bağlanmadan fiziki şəxslərin işə cəlb edilməsi ilə əlaqədar olub. Məhkəmə qərarından klinikanın baş direktoru və vəkili apellyasiya şikayəti veriblər. Onların iddiasına görə, istintaq və məhkəmə zamanı bir sıra önəmli halların məqsədyönlü şəkildə araşdırmadan yayındırılması və sübutların təhrif olunması baş verib.

Mübahisəli əməliyyat: “Liposaksiya” kim tərəfindən icra olunub?

Klinikanın cərimələnməsinin səbəbi “liposaksiya” əməliyyatı olub. İttihama əsasən, əməliyyat klinikanın işçisi olmayan Esmira Quluzadə tərəfindən icra edilib. Klinikada əməliyyat olunan Günay Pürəziz adlı qadın Esmira Quluzadədən şikayət edib. Buna səbəb isə əməliyyatdan razı qalmaması və səhhətində problemlərin yaranması olub. Günay Pürəzizin şikayətindən sonra prokurorluq tərəfindən klinikada yoxlama aparılıb. Esmira Quluzadənin tibbi təhsilinin olmadığı, klinika ilə rəsmi müqaviləsi olmadığı halda əməliyyata daxil olduğu müəyyən edilib.

Lakin klinikanın baş direktoru bildirir ki, əməliyyatı klinikanın rəsmi həkimi Araz Salmanov həyata keçirib və bu barədə prokurorluğa yazılı izahat da verilib. Onların iddiasına görə, həmin izahat iş materiallarına əlavə olunmayıb və gizlədilib.

Vəkillərin məhkəməyə təqdim etdiyi sənədlər arasında xəstənin tarixçəsi, epikriz və digər tibbi sənədlər də olub. Onlar bildirirlər ki, bu sənədlər müstəntiqə təqdim olunsa da, inzibati xəta haqqında qərarda əksini tapmayıb.

“Klinikada Esmira Quluzadə adlı həkim yoxdur”

Klinika rəhbərliyi israrla bildirir ki, Esmira Quluzadə adlı şəxs onların əməkdaşı olmayıb və hazırda da deyil. Onun işəgötürən tərəfindən hər hansı xidmətə cəlb olunması faktı mövcud deyil. Quluzadə sadəcə xəstəni vasitəçi kimi klinikaya yönləndirib.

Bundan əlavə, klinika rəhbərliyi iddia edib ki, prokurorluğa ilkin şikayət göndərmiş Günay Pürəziz daha sonra həmin müraciətindən imtina etsə də, bu hal prokurorluğun qərarında nəzərə alınmayıb.

Günay Pürəziz prokurorluğa etdiyi şikayətini geri götürsə də, məhkəmədə onu əməliyyat edənin Esmira Quluzadə olduğunu təsdiqləyib. Bildirib ki, klinikada olan zaman, əməliyyata daxil olanda da onun yanında Esmira Quluzadə olub. Həmçinin əməliyyatdan çıxdıqdan sonra Esmira Quluzadə onu bir neçə dəfə müayinə də edib.

Sübut kimi qiymətləndirilən yazışmalar

İstintaq orqanının əsas sübut kimi qiymətləndirdiyi isə Esmira Quluzadə ilə Günay Pürəziz arasında olan yazışmalardır. Belə ki, həmin yazışmalarda Esmira Quluzadə Günay Pürəzizi əməliyyat etdiyini təsdiqləyir. Yazışmalarda Günay Pürəziz səhhətində yaranmış problemlərdən gileylənir. Esmira Quluzadə isə əməliyyatı problemsiz icra etdiyini qeyd edir. Həmçinin, Esmira Quluzadə Günay Pürəzizə bildirir ki, əməliyyatdan sonra səhhətində yaranmış problemlər düzgün qidalanmaması və masajlara gəlməməsi ilə bağlıdır.

Klinika rəhbərliyinin məsuliyyətdən xilas olmaq üçün əməliyyatın Esmira Quluzadə tərəfindən deyil, Araz Salmanov tərəfindən icra edildiyini göstərmək cəhdi nəticə verməyib. Məhkəmə qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Esmira Quluzadənin özünü kosmetoloq, estetik cərrah kimi təqdim etməsi ilə bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar yer alır.

Oxunub: 121

Son xəbərlər

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

6 bal gücündə zəlzələ baş verib - Yaponiyada

Sabiq icra başçısı vəfat etdi

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Bütün xəbərlər