Hazırkı Səhiyyə Sistemində Dərinləşən Problemlər və Cəmiyyətin Artan Narazılığı

Azərbaycanın səhiyyə sistemi son illərdə müəyyən struktur dəyişiklikləri etsə də, əhalinin gündəlik olaraq qarşılaşdığı problemlər bu sahədə ciddi böhran yaşandığını göstərir.

DogruXeber.tv” aparılan müşahidələr və vətəndaş müraciətlərinə əsaslanaraq müəyyən edib ki, tibbi xidmətin keyfiyyəti və pasiyentlərlə davranış standartları bir çox müəssisədə acınacaqlı vəziyyətdədir.

Mövcud vəziyyətin ən təhlükəli məqamlarından biri tibb təhsili olmayan şəxslərin həkim və tibbi mütəxəssis adı ilə fəaliyyət göstərməsidir. Bu xüsusilə kosmetologiya mərkəzlərində və özəl klinikalarda geniş yayılıb. Sertifikatsız kosmetoloqların ciddi tibbi bilik tələb edən müdaxilələri həyata keçirməsi, yanlış prosedurlar nəticəsində pasiyentlərin sağlamlığında qalıcı zədələrin yaranması artıq real faktlara çevrilib. “DogruXeber.tv” həmçinin müəyyən edib ki, bəzi klinikalarda həkim kimi çalışan şəxslərin ixtisası təsdiqlənmir və pasiyentlərin həyatını riskə atan müdaxilələr heç bir nəzarət olmadan aparılır.

İcbari Tibbi Sığorta çərçivəsində pulsuz göstərilməli olan xidmətlərdən əlavə pul tələb olunması da geniş yayılmış problemdir. Xəstələrdən “sistem işləmir”, “material yoxdur”, “tez qəbul üçün əlavə ödəniş edilməlidir” kimi səbəblərlə pul alınması qanunsuz olmaqla yanaşı, səhiyyə sahəsinə olan inamı tamamilə sarsıdır. Əlavə ödəniş etməyən pasiyentlərin kobud münasibətlə üzləşməsi, onların müayinə və müalicəsinə səthi yanaşılması, uzun müddət qəsdən gözlətdirilməsi halları müxtəlif xəstəxanalarda normaya çevrilib.

Tibb müəssisələrində qeyri-peşəkar davranış da ciddi narazılıq yaradır. Pasiyentlərin saatlarla, bəzən günlərlə gözlətdirilməsi, qeydiyyat və qəbul prosesində ləngimələr, tibbi heyətin vətəndaşlarla ünsiyyətdə etik normaları pozması insanlarda sağlamlıq müəssisələrinə qarşı güclü inamsızlıq formalaşdırır. Bununla yanaşı, bəzi həkimlər tərəfindən bahalı firma dərmanlarının reseptlərə daxil edilməsi maddi imkanı məhdud olan pasiyentlər üçün əlavə yükə çevrilir. Daha ucuz və effektiv alternativlər olduğu halda, şirkət maraqlarının önə çəkilməsi tibbi etikanın kobud şəkildə pozulması deməkdir.

Mövcud çatışmazlıqların aradan qaldırılması üçün nəzarət mexanizmlərinin gücləndirilməsi, sertifikatsız və qeyri-peşəkar fəaliyyətlərin tamamilə dayandırılması, pasiyent hüquqlarının qorunması və tibbi xidmətin şəffaf şəkildə təşkili vacibdir. Səhiyyə sahəsində real islahatlar yalnız struktur dəyişiklikləri ilə deyil, həm də peşə etikasının bərpası, məsuliyyətin sərtləşdirilməsi və cəmiyyətin gözləntilərinə uyğun xidmət səviyyəsinin təmin edilməsi ilə mümkündür.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər