Pensiya yaşı ilə bağlı mühüm xəbər

Dünyanın bir çox ölkəsində pensiya yaşı sosial-iqtisadi şəraitə, demoqrafik göstəricilərə və əmək bazarının vəziyyətinə uyğun olaraq fərqli müəyyən edilir. Postsovet məkanında da bu sahədə müxtəlif yanaşmalar mövcuddur və bəzi dövlətlərdə pensiya yaş həddi Azərbaycanla müqayisədə daha erkən tətbiq olunur. Bu fərqlər cəmiyyətdə tez-tez müzakirələrə səbəb olur və pensiya yaşının azaldılması imkanları ilə bağlı suallar doğurur.

Maraqlıdır, bəs Azərbaycanda pensiya yaşının azaldılması ilə bağlı hansısa addım atıla bilərmi? Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda mövcud demoqrafik və iqtisadi reallıqlar fonunda pensiya yaşının azaldılması qısa müddətdə real görünmür:

“Pensiya sistemi əsasən çalışan əhalinin ödədiyi sosial sığorta haqları hesabına maliyyələşir və bu balansın pozulması ciddi risklər yarada bilər. Hazırda işləyənlərin sayı ilə pensiya alanların sayı arasında nisbət getdikcə dəyişir. Əmək bazarına daxil olan gənclərin sayı azalır. Belə şəraitdə pensiya yaşının aşağı salınması dövlətin xərclərini daha da artıra bilər. Məhz bu səbəbdən həm qadınlar, həm də kişilər üçün pensiya yaş həddi 65 yaş olaraq müəyyən edilib. Kişilər üçün bu yaş həddi artıq tətbiq olunur, qadınlar üçün isə mərhələli keçid prosesi davam etdirilir. Belə ki, bu ilin iyul ayından etibarən qadınların pensiya yaşı daha 6 ay artırılaraq 65 yaşa çatdırılacaq”.

Ekspert bildirib ki, pensiya yaşının azaldılması yalnız ortalama ömür müddətinin artması, qeyri-rəsmi məşğulluğun azalması və sosial sığorta daxilolmalarının yüksəlməsi halında gündəmə gələ bilər.

“Daha real yanaşma güzəştli kateqoriyaların dairəsinin genişləndirilməsi və ya uzun müddət əmək fəaliyyəti olan şəxslər üçün alternativ mexanizmlərin tətbiqidir. Bir çox ölkələrdə pensiya yaşı formal olaraq aşağı olsa da, faktiki olaraq vətəndaşlar ya daha gec pensiyaya çıxır. Bu baxımdan əsas məqsəd təkcə pensiya yaşını azaltmaq deyil, həm də pensiya sisteminin dayanıqlılığını və pensiya məbləğlərinin adekvatlığını təmin etməkdir”.

Son xəbərlər

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Bütün xəbərlər