Liseydə rüşvət, şantaj və təzyiq iddialar: Tibb bacısı işdən çıxarılmasından danışdı

DogruXeber.tv: - Heydər Əliyev adına liseyin tibb bacıs ıişləyən şikayətçi Aida Nəsibova XALQ-a müraciət edərək işdən çıxarılması ilə bağlı son dərəcə ağır və ciddi iddialar səsləndirib.

Şikayətçinin Xalq-a bildirdiyinə görə, o, liseyin direktoru Sevinc Orucova tərəfindən əsassız şikayətlər əsasında işdən azad edilib. Aida Nəsibova iddia edir ki, direktor ondan 2000 manat rüşvət tələb edib, məktəbdə çalışan bəzi şəxslər və valideynlər əleyhinə yalan ifadə verməsini, hətta məhkəmədə saxta şahidlik etməsini istəyib.

“Mən kim olduğumu bilirsən?” – şantaj iddiası

Şikayətçinin sözlərinə görə, Sevinc Orucova ona açıq şəkildə bildirərək deyib ki, Ramiz Mehdiyevin qohumudur və bu əlaqələrə arxalanaraq istədiyini edə bilər: “Dedi ki, burası dəyirman deyil, 2 min verib rahat işləyəsən. Gücüm çatmadığını deyəndə bildirdi ki, mən kiməm bilirsən, nə desəm hamı mənə inanacaq, burada rahat işləyə bilməyəcəksən”.

Aida Nəsibova iddia edir ki, bu təzyiqlərdən sonra direktor ona qarşı ardıcıl şəkildə oyunlar qurmağa başlayıb, hətta qonşularına qədər axtarıb taparaq onunla bağlı problemlər yaradıb.

Şikayətçinin ən ciddi iddialarından biri isə iş otağında gizli kameranın aşkar edilməsi ilə bağlıdır. Onun sözlərinə görə, kameranı tapdığı an direktor qəfil otağa daxil olub və kameranı əlindən alaraq öz otağına aparıb və məsələ ilə “özünün məşğul olacağını” bildirib.

Bu hadisədən sonra qorxuya düşdüyünü deyən Aida Nəsibova aidiyyəti qurumlara müraciət etməyə məcbur qaldığını, bundan xəbər tutan direktorun isə ona qarşı “torba tikdirərək” işdən çıxarılmasına nail olduğunu iddia edir.

Şikayətçi təkcə özünün deyil, digər müəllim və valideynlərin də zərər gördüyünü bildirir. Onun iddiasına görə, məktəbdə bəzi şagirdlər psixoloji təzyiqə məruz qalır, valideynlər isə əlacsız vəziyyətə salınır. Bildirilir ki, bəzi hallarda şagirdlərə təzyiq göstərilərək aşağı qiymət yazılır, daha sonra valideynlərdən 500 manat alındıqdan sonra qiymətlər “düzəldilir”.

Aida Nəsibova bildirir ki, onun himayəsində 3 azyaşlı uşaq və xəstə anası var. Maddi imkanlarının çox məhdud olduğunu, məktəbin evinə yaxın olduğu üçün burada işləməyə məcbur qaldığını deyir. Şikayətçinin sözlərinə görə, bu vəziyyət direktora əvvəldən məlum olsa da, ona heç bir güzəşt edilməyib, əksinə daim təzyiq göstərilib.

Şikayətçi iddia edir ki, vaxtilə kömək etdiyi bəzi şəxslər belə onun əleyhinə ifadə verməyə məcbur edilib. Onun fikrincə, bütün bunlar direktorun nüfuzundan istifadə edərək insanları qorxu altında saxlaması ilə bağlıdır.

Məsələ ilə bağlı Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova, eləcə də Elm və Təhsil Nazirliyinin müvafiq qurumları ilə əlaqə saxlamağa çalışsaq da, hər hansı açıqlama almaq mümkün olmayıb.(Xalq.online)

Yazıda adları keçənlrəində fikirlərini dərc etməyə hazırıq.

Oxunub: 190

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər