Qanunsuzluğa göz yumanlar qanunlara meydan oxumursa, bəs nə edir? - VİDEO

DogruXeber.tv: - Gəncə şəhəri Rüzgar Qasımov küçəsi 60A ünvanında inşa olunması nəzərdə tutulan 4 mərtəbəli otellə bağlı yayılan məlumatlar ciddi suallar doğurur. Məsələ təkcə bir tikinti layihəsi ilə məhdudlaşmır – burada şəhərsalma normalarının kobud şəkildə pozulması, qonşu mülkiyyət hüquqlarının tapdanması və vətəndaşların təhlükəsizliyinin risk altına atılması iddiaları var.Məlumatlara görə, sözügedən torpaq sahəsi sahibkar Məmmədov Kərəm Məcid oğluna məxsusdur və ərazi “Qərb-region” MMC-yə məxsus torpaq sahəsinin bilavasitə yaxınlığında yerləşir.

Yenixeber.org: Lakin problem məhz buradan başlayır.İddialara əsasən, tikinti layihəsi təhrif olunmuş formada tərtib edilib. Belə ki, "Qərb-region” MMC-yə məxsus torpaq sahəsi layihədə boş ərazi kimi göstərilib. Layihədə tikinti 15 sot torpaq sahəsini əhatə edir, halbuki faktiki torpaq sahəsi cəmi 10 sotdur. Bu isə layihə sənədlərinin reallıqla uyğun gəlmədiyini açıq şəkildə göstərir.

Bu hal Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə ziddir. Qanunvericiliyə görə, layihə sənədlərində torpaq sahəsinin sərhədləri, ölçüləri və qonşu mülkiyyət obyektləri dəqiq və dəyişdirilməz şəkildə göstərilməlidir. Əks halda bu, saxta layihələndirmə kimi qiymətləndirilə bilər.Daha ciddi məsələ isə tikintinin qonşu obyektlərlə normativ ara məsafələrə əməl olunmadan aparılmasıdır. Bu,həm yanğın təhlükəsizliyi,həm də sanitariya və yaşayış təhlükəsizliyi normalarının pozulması deməkdir.Üstəlik, tikinti zamanı səkinin qanunsuz zəbt edildiyi, nəticədə piyadaların avtomobillərin intensiv hərəkət etdiyi yoldan istifadə etməyə məcbur qaldığı bildirilir. Bu isə artıq birbaşa vətəndaşların həyat və sağlamlığına təhlükədir.

Mövzu ilə bağlı 10.12.2025-ci il tarixində 10/316 nömrəli məktubla Gəncə Şəhər İcra Hakimiyyətinə,elə həmən tarixdə 10/317 nömrəli məktubla Şəhərsalma və Arxitektura Komitəsinə portalımız adından rəsmi sorğu ünvanladıq. Sorğuda yuxarıda sadalanan bütün iddialar, layihə uyğunsuzluğu və səki zəbtinə dair konkret suallar yer alıb.

Lakin qanunvericiliklə müəyyən edilmiş 7 iş günü, hətta maksimum 14 iş günü çoxdan keçməsinə baxmayaraq, 1 aydan artıqdır ki, heç bir cavab verilməyib.Bu isə artıq təkcə etik yox, hüquqi pozuntudur.“Media haqqında” Qanuna görə jurnalist sorğusu ən geci 7 iş günü ərzində cavablandırılmalıdır.Görəsən Gəncə şəhərində layihəsi təhrif olunmuş,torpaq ölçüləri uyğun gəlməyən,səki zəbt edən və vətəndaşların təhlükəsizliyini riskə atan tikinti kimin himayəsi ilə və hansı əsasla aparılır?

Niyə Gəncə Şəhər İcra Hakimiyyəti və Şəhərsalma və Arxitektura Komitəsi qanuni jurnalist sorğusuna cavab verməkdən yayınır?
Bu susqunluq artıq şəffaflıq yox, ört-basdır təsiri bağışlayır, qanunu pozan özünü daha arxayın hiss edirsə, bu, “göz yumma” yox, mümkün şəriklik sualını gündəmə gətirir.

Qarşı tərəfin cavab haqqını tanıyırıq.(mediatv.az)

Son xəbərlər

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bütün xəbərlər