FHN nazir oğlunun daha bir obyektinin istismarına icazə verdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Heydərov Nicat Kəmaləddin oğlunun sifarişi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Böyük İpək yolu küçəsi, giriş 72 ünvanında inşa olunan obyektin istismarına icazə verib.

"DogruXeber.tv" xəbər verir ki, ümumi sahəsi 3 405 kvadratmetr olan obyekt 2 mərtəbəli (mansardalı) binadan ibarətdir.

Qeyd edək ki, FHN inzibati binaya 15 yanvar 2026-cı il tarixli 10946 nömrəli istismara hazırlıq rəyi verib.

Məlumat üçün bildirək ki, 2 mərtəbəli obyektin sifarişçisi olan Nicat Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kiçik oğludur.

Nicat Heydərov özünün sosial şəbəkə hesabında bildirib ki, o "Gilan Holdinq” şirkətinin rəhbəridir.

Onu da bildirək ki, FHN ötən ilin iyun ayında da Nicat Heydərovun Qəbələ şəhəri, Heydər Əliyev prospektində inşa olunan obyektinin istismarına icazə verib. Bundan başqa, ötən ilin may ayında FHN Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərovun sifarişi əsasında Qəbələ rayonu, Qəbələ-İsmayıllı yolunun 1,8 kilometrliyində inşa olunan obyektin də istismarına icazə verib. Tale Heydərov isə özünün sosial şəbəkə hesabında bildirib ki, o hazırda "Avropa Azərbaycan Məktəbinin”, "TEAS Nəşriyyat Evinin” və "Libraff” kitab mağazalarının sahibidir.//Yeniavaz.com

Oxunub: 269

Son xəbərlər

Ermənistanda hərbçi öldü

Tramp İrandakı YENİ HƏDƏFLƏRİ açıqladı: ‘Maksimum təzyiq”

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

Azərbaycandan xaricə turist axını artdı

Taksilər və sərnişinlər üçün qərar ÇIXDI: Gediş haqları BAHALAŞIR?

Litvanın Baş nazirinin Azərbaycana səfəri gözlənilir

Vətən müharibəsindən sonra 421 nəfər minaya düşüb - Hikmət Hacıyev

Kremlin Zəngəzur HAZIRLIĞI – Rusiyanı kim tətiklədi…

Nizami Kino Mərkəzinin divarına qrafit çəkənlər saxlanıldı

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun inşası dekabra qədər başa çatacaq

SON DƏQİQƏ! Polis məlumat yaydı: Azərbaycanda 45 nəfər tutulub

Ötən ay 3 nəfər zəhərlənərək ölüb

Rusiyanın itkiləri yeniləndi

Gəncədə avtomobil mağazaya çırpıldı

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxıb

Xarici valyutaların MƏZƏNNƏSİ

Qızıl və gümüş ucuzlaşır

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Tramp Baş prokuroru işdən çıxardı

Türkiyə millisinə yeni himn bəstələyəcək

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

İranın "şah əsəri" vuruldu

Maaş və pensiyalar artırıla BİLƏR

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Sabahdan bağça müəllimlərinin yerdəyişməsi başlayır

Rasim Balayevin yerinə yeni namizəd irəli sürüldü

"Üçtərəfli danışıqlar dayandırılıb" - Putinin köməkçisi

Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələb edilə bilməz - RƏSMİ

Bütün xəbərlər