Qoşqar Təhməzlinin kantoru NƏ İŞƏ YARAYIR Kİ? - HƏQİQƏTƏN DƏ...

"Rəsmi məlumat: “2025-ci ildə xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.Son nəticədə xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 8,3 dəfə azdır”."...

"DogruXeber.tv" "DİA-AZ"a istinadən xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.O daha sonra bildirir: "İxracımız azalır – çünki, ixrac etdiyimiz neftdir (neft məhsulları və qaz da daxil), onun da hasılatı və qiyməti düşür.İdxalımız artır – çünki, ölkədə nəsə istehsal etmək sərfəli deyil, yerli istehsal azalır, təlabat isə artır (əhali artır, tikinti işləri gedir və s.) nəticədə Azərbaycanın xaricdən asılılığı yüksəlir.Ticarət dövriyyəsində müsbət saldo 8 dəfədən çox azalıb, cəmi 663 mln. dollarlıq fərq yaranıb, bu il, 2026-cı ildə ticarət dövriyyəsi mənfi saldoya düşəcək.Yaxşı bəs hökumət bu rəsmi rəqəmlərdən dərs çıxarıb getdiyi səhv yoldan dönmək, aşırı tənzimləmədən əl çəkmək, vergi-gömrük rüsumlarını aşağı salmır, biznes mühitini yaxşılaşdırmaq, mənasız nəzarətedici qurumları azaltmaq istəyirmi?!Məncə yox, səbəb kimi daha bir rəsmi məlumatı misal göstərmək olar, AQTA: “Qida təhlükəsizliyinin təmin edilməsinə dair növbəti dövr üçün yeni Dövlət Proqramı hazırlanır. "Bitki sağlamlığı haqqında" qanun layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir, "Heyvan sağlamlığı haqqında" qanun layihəsi isə hazırlanaraq hüquqi ekspertizadan keçirilib. Eyni zamanda qida təhlükəsizliyi sahəsində mövcud normativ bazaya dəyişikliklər edilib, 10-a yaxın yeni sanitariya norma və qaydalar hazırlanıb".Mənasız qurum olan, biznesin işinə lazımsız müdaxilələr edən AQTA, öz təsirlərini artırmaq istəyir, Avropa Birliyini iqtisadi tənəzzülə sürüklən “over-regulation” (şişmiş inzibati nəzarət və aşırı tənzimləmə) yanaşmasından əl çəkmək istəmir.Ölkədə kiçik və effektiv hökumət modelinə keçmək lazımdır, bu varolma məsələsidir, amma, görünən odur ki, bu modelə “məmur kastası” ciddi müqavimət göstərir və göstərəcək. Məsuliyyətsiz səlahiyyət toplamağa davam edəcəklər ki, bu aşrı səlahiyyəti də biznesi boğmaq, rüşvət və korrupsiya üçün istəyirlər.Ölkənin bir nömrəli vəzifəsi iqtisadi artım tempini yüksəltmək, iqtisadi aktivliyi artırmaq olmalıdır – bunun üçün tənzimləmə məntiqli, vergilər aşağı, gömrük şəffaf olmalı, kiçik-orta sahibkara qulluq edən, onları baş tacına çevirən sistem yaradılmalıdır.Hökumət isə tam əks yolla gedir – tənzimləməni, vergiləri, rüsumları, cərimələri artırır, çünki, onların düşüncəsinə görə əsas problem büdcə gəlirlərinin azalmasıdır. Səhv yoldur, səhv düşüncədir və ölkə üçün ciddi mənfi fəsadları olacaq.Məndən demək, özünüz bilərsiniz..."

Oxunub: 187

Son xəbərlər

Tramp İrandakı YENİ HƏDƏFLƏRİ açıqladı: ‘Maksimum təzyiq”

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

Azərbaycandan xaricə turist axını artdı

Taksilər və sərnişinlər üçün qərar ÇIXDI: Gediş haqları BAHALAŞIR?

Litvanın Baş nazirinin Azərbaycana səfəri gözlənilir

Vətən müharibəsindən sonra 421 nəfər minaya düşüb - Hikmət Hacıyev

Kremlin Zəngəzur HAZIRLIĞI – Rusiyanı kim tətiklədi…

Nizami Kino Mərkəzinin divarına qrafit çəkənlər saxlanıldı

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun inşası dekabra qədər başa çatacaq

SON DƏQİQƏ! Polis məlumat yaydı: Azərbaycanda 45 nəfər tutulub

Ötən ay 3 nəfər zəhərlənərək ölüb

Rusiyanın itkiləri yeniləndi

Gəncədə avtomobil mağazaya çırpıldı

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxıb

Xarici valyutaların MƏZƏNNƏSİ

Qızıl və gümüş ucuzlaşır

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Tramp Baş prokuroru işdən çıxardı

Türkiyə millisinə yeni himn bəstələyəcək

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

İranın "şah əsəri" vuruldu

Maaş və pensiyalar artırıla BİLƏR

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Sabahdan bağça müəllimlərinin yerdəyişməsi başlayır

Rasim Balayevin yerinə yeni namizəd irəli sürüldü

"Üçtərəfli danışıqlar dayandırılıb" - Putinin köməkçisi

Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələb edilə bilməz - RƏSMİ

Abşeron rayonunda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir

Bütün xəbərlər